Mərkəz haqqında məlumat

Ağsu rayon Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Dostları Fondunun Prezidenti, YUNESKO və İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin Deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə 2009-cu ilin oktyabr ayının 29-da təntənəli açılış mərasimi keçirilmiş və Mərkəz rayon ictimaiyyətinin istifadəsinə verilmişdir.

Mərkəz Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə inşa edilmişdir. Mərkəz Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 25 noyabr 2009-cu il tarixli 508 saylı əmrinə əsasən fəaliyyətə başlamışdır. Mərkəzin binası iki mərtəbədən ibarət olmaqla ümumi sahəsi 604 kvadrat metrdir. Birinci mərtəbə 205.3 kv.m olmaqla Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 181 ədəd fotoşəkil, fəxri guşə (Heydər Əliyevin büstü) olan ekspozisiya salonudur. Salonun bir hissəsində Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı dərslərin və digər tədbirlərin keçirilməsi üçün 70 yerlik auditoriya yerləşir. Ekspozisiya zalında elektron köşk, geniş ekranlı monitor və səsgücləndirici qurğular quraşdırılıb. Mərkəz müasir standartlara uyğun inşa edilmiş, müasir texnika ilə təmin edilmiş, yanğından mühafizə sistemi quraşdırılmış və 24 saat ərzində mühafizə xidməti ilə təmin edilmişdir.İkinci mərtəbədə işçi heyət üçün kabinet, xarici dil linqafon kabineti, informasiya texnologiyaları kabineti, “Heydər Əliyev irsi” kitabxanası fəaliyyət göstərir. Kitabxanada Heydər Əliyevin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən 1000-ə yaxın kitab toplanıb. Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə Mərkəzin nəzdində 16 nəfərdən ibarət tədqiqat və təbliğat qrupları yaradılmışdır. Qruplar Heydər Əliyev irsinin təbliği və ona aid materialların toplanması işi ilə məşğuldur.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016 - cı il tarixli 1932 saylı sərəncamına əsasən 01 yanvar 2017 -ci il tarixdən Ağsu rayon Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərir.

Mərkəzin iş qrafiki həftənin I- V günləri saat 9:00 dan- 18:00 dək, şənbə və bazar günləri isə saat 10:00 dan- 18:00 dək.