HEYDƏR ƏLİYEV SİYASİ MƏKTƏBİNİ ÖYRƏNİRİK KURSUNUN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLDİ

HEYDƏR ƏLİYEV SİYASİ MƏKTƏBİNİ ÖYRƏNİRİK KURSUNUN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLDİ

HEYDƏR ƏLİYEV SİYASİ MƏKTƏBİNİ ÖYRƏNİRİK KURSUNUN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLDİ.

Yeni Azərbaycan partiyasının Ağstafa rayon təşkilatında Heydər Əliyev Siyasi Məktəbini öyrənirik kursunun “Heydər Əliyev-Milli mənəvi dəyərlərimiz” mövzusunda növbəti məşğələsi keçirilmişdir. Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının aparat rəhbəri Tağı İmamverdiyev, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov çıxış edərək, Ulu Öndər Heydər Əliyev tərəfindən milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə gənclərə geniş məlumat verildi. Qeyd olundu ki, Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı olan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki yeri və rolu cox böyükdür. Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır.