AĞSTAFA RAYONUNUN KÖÇƏSGƏR KƏNDİNDƏN OLAN ŞƏHİDİMİZ BABAYEVYAŞAR VASİF OĞLU DOĞMA KƏNDİNDƏ TORPAĞA TAPŞIRILIB

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağstafa rayon Köçsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir, Babayev Yaşar Vasif oğlu şəhid olub. Bu gün şəhidimiz doğma kəndi Köçəsgərdə torpağa tapşırlıb. Şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ombudsman Səbinə Əliyeva, millət vəkilləri Nizami Cəfərov və Qənirə Paşayeva, Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər. Şəhidimizin dəfnində izdiham yaşanıb. Məzarı üstünə tər qərənfil və qızıl güllər düzülüb. Seymur Orucov şəhidin tabutu üzərindəki üçrəngli bayrağımızı dayısı, Əliyev Məhərrəmə təqdim edib.

Allah rəhmət eləsin!