AĞSTAFALI ŞƏHİDİMİZ VÜQAR SADIQOV DOĞMA KƏNDİ GÖYCƏLİDƏ DƏFN OLUNUB

AĞSTAFALI ŞƏHİDİMİZ VÜQAR SADIQOV DOĞMA KƏNDİ GÖYCƏLİDƏ DƏFN OLUNUB

AĞSTAFALI ŞƏHİDİMİZ VÜQAR SADIQOV DOĞMA KƏNDİ GÖYCƏLİDƏ DƏFN OLUNUB

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, Ağstafa rayonunun Göycəli kənd sakini, çavuş Sadıqov Vüqar Lətif oğlunun nəşi doğma kəndində torpağa tapşırılıb. Şəhidimizlə vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, millət vəkili Nizami Cəfərov, Müdafiə Nazirliyinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər. Vida mərasimində çıxış edən Seymur Orucov və başqaları ötən gün vətən uğrunda canından keçən Vüqar Sadıqovla yanaşı digər şəhidlərimizin keçdikləri şərəfli döyüş yolundan söz açıb, ailələrinə Allahdan səbr dilədilər. Mərasimdə iştirak edənlər şəhidimizi dəfn edərək məzarı üzrəinə gül dəstələri düzdülər. İcra başçısı V.Sadıqovun tabutu üzərindəki dövlət bayrağını şəhidin oğluna tədqim etdi. Ailə üzvlərinin diqqətinə çatdırıldı ki, dövlətimiz tərəfindən bütün lazımi dəstək göstəriləcəkdir.

Allah rəhmət eləsin!