Yaxın mədəniyyət müəssisələri

Ağstafa rayon Mədəniyyət Mərkəzi 1956-cı ildən fəalləyətə başlayıb. Fəaliyyətə başladığı dövrdən Ceyrançöl mədəniyyət evi kimi fəaliyyət göstərib. 1990-cı ildən 2015-ilə qədər Ağstafa rayon Mədəniyyət evi kimi fəaliyyət göstərib. 2015-ci ildən Ağstafa rayon Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərir. Mədəniyyət Mərkəzində 204 nəfərlik tamaşa zalı,10 yardımcı otaqdan, 1 qarderob və 4 sanitar qovşaqdan ibarətdir. Mədəniyyət Mərkəzi 2016-cı ildə müasir standartlara uyğun təmir edilərək Azərbaycan Respublikası Prezidenti tərəfindən açılışı həyata keçirilmişdir.

Ağstafa rayon Musiqi Mərkəzi – Mərkəzin binası cənab Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamına uyğun olaraq inşa edilib. Qədim musiqi aləti olan ud formasında inşa edilən mərkəzin 300 şagird yerlik binası 3 mərtəbədən ibarətdir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin və dövlətimizin başçısı İlham Əliyevin rayona səfərlərini və mədəniyyət sahəsinə diqqətini əks etdirən şəkillərdən ibarət fotostend yaradılıb. Yeni binada 39 sinif, xor zalı, kitabxana, qrup və məşğələ otaqları var.

Ağstafa rayon Tarix-diyarşünaslıq muzeyi - Muzey 1993-cü ildən fəaliyyət göstərir. Muzeydə 2280 ədəd maddi və mənəvi eksponat qorunub saxlanılır. Binanın sahəsi 144 kv.m-dir. Muzeyin 1 ədəd fond otağı, 1 ədəd sərgi salonu və 1 ədəd ümumi otağı vardır.

Xalq şairi H.Arifin ev muzeyi – Muzey 1993-cü ildə Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən yaradılmışdır. Muzey 2 otaq, 1 zal, 1 foyedən ibarətdir. Muzeydə 2000-ə yaxın ekskonatlar qorunub saxlanılır. Muzeyin sahəsi 90 kv.m-dir.

Ağstafa rayon Gənclər Mərkəzi - Mərkəzin açılışı 12 aprel 2012-ci il tarixində cənab Prezident İlham Əliyevin iştirakı ilə olmuşdur.Mərkəz Heydər Əliyev adına istirahət parkında yerləşir.Ərazisi 450 kv.metrdir.İki mərtəbədən ibarətdir. 3D kinozal,karaoke zalı, tir atıcılığı və lazer tiri, kompyuter zalı, kafe otaqları mövcuddur.

Heydər Əliyev adına İstirahət Parkı – Park 1998-ci ildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 75-ci ildönümü ilə əlaqədar salınıb. Parkda Gənclər Mərkəzi, Abidələr parkı o cümlədən 4 ədəd fəvvarə var. Park 2012-ci illdə əsaslı təmir olunaraq cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.