Muzey 3 ekspozisiya zalından ibarətdir. I və II ekspozisiya zalı 1-ci mərtəbədə, III ekspozisiya zalı isə 2-ci mərtəbədə yerləşir. Muzeyin ümumi tutduğu sahə 344 kv.m-dir. I ekspozisiya zalı 70 kv.m, II ekspozisiya zalı -137 k.m, III - ekspozisiya zalı isə 137 kv.m-dir. Muzeydə Ümummilli liderimizin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çox saylı eksponatlar(fotolar)yerləşir. Birinci ekspozisiya zalı “Heydər Əliyevin 1971-1979-cu illər Qərb regionuna səfərini” əhatə edir. Bu salonda həmin dövrü əhatə edən 48 ədəd fotoşəkil var ki, onun da 18-i salonun ortasında üzəri köhnə qəzetlə dizayn edilmiş stentdə yerləşib.

İkinci ekspozisiya zalı divar stendində 127 ədəd fotoşəkil, həmçinin 6 ədəd şüşə stelajda ailə fotoları yerləşdirilib. Bu ekspozisiya zalında Ümummilli liderimizin 1944-cü ildən 1976-cı ilədək, Dövlət Təhlükəsizlik Komitəsində siravi işçidən həmin orqanın rəhbəri vəzifəsinə qədər şərəfli ömür yolu və Sovet İttifaqında Dövlət Təhlükəsizlik Komitəsində ilk azərbaycanlı general kimi fəaliyyətini əks etdirən, 1969-1982-ci illər Sovet Azərbaycanını ucaldan rəhbər olaraq çəkilən fotolar öz əksini tapmışdır.

Üçüncü ekspozisiya zalında 142 ədəd fotoşəkil nümayiş olunur, bunlardan 6 ədədi Ulu Öndərin portretidir, 2 ədəd şüşə stellajda isə 21 ədəd ailə fotoları var, 137 ədəd fotoşəkil isə divar stendində yerləşdirilib. Bura,1990-1993-cü illər qurtuluş və qazanılmış müstəqillik uğrunda yenilməz mübarizə, 1993-2003-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yolunda görülən işlər Azərbaycanı dünya birliyinə tanıtması, bağlanan uğurlu müqavilələr, atılan önəmli imzalar və dünya səviyyəsində qazanılmış uğurlardan xarici siaysət konsepsiyasının formalaşması, bir çox beynəlxalq təşkilatlara daxil olmağımız və dünya birliyində özünə məxsus yer tutmaq beynəlxalq imicimizin yüksəlməsini əks etdirən fotoşəkillərədən ibarətdir.