Heydər Əliyev və Ağstafa

Azərbaycan xalqının tarixinə adı qızıl hərflərlə yazılan nadir şəxsiyyətlərdən biri, böyük siyasi xadim Heydər Əlirza oğlu Əliyevin misilsiz xidmətləri qədirbilən xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Onun həm Sovet Azərbaycanının inkişafı istiqamətində görmüş olduğu unudulmaz işlər, həm də müstəqil Azərbaycanın yenidən qurulması, onun beynəlxalq arenada tanıdılması, ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi sahələrində apardığı gərgin mübarizə özündən sonrakı neçə-neçə nəsillər üçün həm böyük töhfə, həm də tarixi bir missiyadır.

Onun həm Sovet hakimiyyəti illərində, həm də müstəqillik illərində ölkəmizin digər bölgələri kimi Qərb bölgəsinə, Ağstafaya etdiyi səfərləri, göstərdiyi diqqət və qayğı yaşlı nəslin yaxşı yadındadır. İstər 1971 və 1979-cu illərdə, istərsə də 1998-ci ildə etmiş olduğu ziyarətləri insanların əziz xatirəsində silinməz izlər buraxmışdır. Ağstafaçay su dəryaçasının və Qazax rayon Mədəniyyət sarayının açılışları vaxtı, rayon zəhmətkeşləri ilə gözüşləri, eləcə də prezident kimi seçkiqabağı səfərlər zamanı bölgənin qayğıları ilə yaxından maraqlanmağı, mövcud problemlərin həlli istiqamətində müvafiq addımları, səmimi ünsiyyət, insanlara xoş rəftar hələ də dillərdə gəzir.