Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi nəhəng xidmətlərin məntiqi nəticəsi olaraq onun ölməz ideyalarının, zəngin və çoxşaxəli fəaliyyətinin araşdırılması, tədqiq və təbliğ etdirilməsi, gələcək nəsillərə çatdırılması istiqamətində möhtərəm prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizin hər yerində Heydər Əliyev Mərkəzləri yaradılmışdır.

Azərbaycanın qərbində, əlverişli starteji mövqedə yerləşən Ağstafa rayonunda bu işə Rayon İcra Hakimiyyəti başçısının 2008-ci il 18 fevral tarixli sərəncamı ilə başlanılmışdır. Unikal memarlıq üslubunda, çoxfunkusiyalı inzibati binanın açılşı 2008-ci ilin sentyabr ayının 24-də cənab prezident İlham Əliyevin iştirakı ilə olmuşdur. Mərkəzin ümumi ərazisi 3,7 ha, binanın sahəsi isə 3517 kv. m-dir. Mərkəzin həyətində Ulu Öndərimizin xatirəsini əbədiləşdirən 7,2 m hündürlüyə malik abidə ucaldılmışdır. Abidənin hazırlanmasında qranit materialdan istifadə edilmişdir. Foyedə Heydər Əliyevin barelyefi yer alır. Barelyef tuncdan hazırlanmışdır.Barelyefin alt hissəsində Heydər Əliyevin “AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ ƏBƏDİDİR, SARSILMAZDIR, DÖNMƏZDİR” kəlamı öz əksini tapır. Mərkəzin inzibati binası 4 mərtəbədən ibarətdir. 3 muzey ekspozisiya zalı, 1 böyük (390 nəfərlik), 1 kiçik və 2 konfrans zalı, rəqs, kitabxana və distant təhsil, ekoturizm və informasiya studiyası, uşaq yaradıcılıq studiyası, tədris və hazırlıq mərkəzi və inzibati otaqları, eləcə də nigah zalı və sərgi otaqları vardır.Muzey 3 ekspozisiya zalından ibarətdir. I və II ekspozisiya zalı 1-ci mərtəbədə, III ekspozisiya zalı isə 2-ci mərtəbədə yerləşir. Muzeyin ümumi tutduğu sahə 344 kv.m-dir.

I Ekspozisiya zalı

I Ekspozisiya zalı 70 kv.m, II ekspozisiya zalı -137 k.m, III - ekspozisiya zalı isə 137 kv.m-dir. Muzeydə Ümummilli liderimizin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çox saylı eksponatlar(fotolar)yerləşir. Birinci ekspozisiya zalı “Heydər Əliyevin 1971-1979-cu illər Qərb regionuna səfərini” əhatə edir. Bu salonda həmin dövrü əhatə edən 48 ədəd fotoşəkil yerləşdirilib.

II Ekspozisiya zalı

İkinci ekspozisiya zalı divar stendində 127 ədəd fotoşəkil, həmçinin 6 ədəd şüşə stelajda ailə fotoları yerləşdirilib. Bu ekspozisiya zalında Ümummilli liderimizin 1944-cü ildən 1976-cı ilədək, Dövlət Təhlükəsizlik Komitəsində siravi işçidən həmin orqanın rəhbəri vəzifəsinə qədər şərəfli ömür yolu və Sovet İttifaqında Dövlət Təhlükəsizlik Komitəsində ilk azərbaycanlı general kimi fəaliyyətini əks etdirən, 1969-1982-ci illər Sovet Azərbaycanını ucaldan rəhbər olaraq çəkilən fotolar öz əksini tapmışdır.

III Ekspozisiya zalı

Üçüncü ekspozisiya zalında 142 ədəd fotoşəkil nümayiş olunur, bunlardan 6 ədədi Ulu Öndərin portretidir, 2 ədəd şüşə stellajda isə 21 ədəd ailə fotoları var, 137 ədəd fotoşəkil isə divar stendində yerləşdirilib. Bura,1990-1993-cü illər qurtuluş və qazanılmış müstəqillik uğrunda yenilməz mübarizə, 1993-2003-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yolunda görülən işlər Azərbaycanı dünya birliyinə tanıtması, bağlanan uğurlu müqavilələr, atılan önəmli imzalar və dünya səviyyəsində qazanılmış uğurlardan xarici siaysət konsepsiyasının formalaşması, bir çox beynəlxalq təşkilatlara daxil olmağımız və dünya birliyində özünə məxsus yer tutmaq beynəlxalq imicimizin yüksəlməsini əks etdirən fotoşəkillərədən ibarətdir.