Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşaları Ağstafa şəhər 2 saylı orta məktəbin VII sinif şagirdlərinə “Qarabağ-Azərbaycanın dilbər guşəsi” başlıqlı mühazirə ilə çıxış ediblər.

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşaları Ağstafa şəhər 2 saylı orta məktəbin VII sinif şagirdlərinə “Qarabağ-Azərbaycanın dilbər guşəsi” başlıqlı mühazirə ilə çıxış ediblər.

22 oktyabr 2021-ci il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər planına əsasən Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində təhsil müəssisələrində işğaldan azad olunmuş bölgələrin tarixi və coğrafiyası, flora və faunası, adət- ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə layihə və tədbirlərin həyata keçirilməsi çərçivəsində Mərkəzin əməkdaşları Ağstafa şəhər 2 saylı orta məktəbin VII sinif şagirdlərinə “Qarabağ-Azərbaycanın dilbər guşəsi” başlıqlı mühazirə ilə çıxış ediblər. Mövzu ilə əlaqədar şagirdlərə 44 günlük Vətən müharibəsində əldə etiyimiz Qələbədən və azad olunmuş torpaqlarımızın tarixi və coğrafiyası, flora və faunası, adət- ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri haqqında geniş məlumat verilib. Dərs zamanı şagirdlər fəal iştirak edərək, sualları cavablandırılmışdır.