12 noyabrda Ağstafa rayon Heydər Əliyev Mərkəzinin və MKS-nin birgə təşkilatçılığı ilə Konstitusiya günü ilə əlaqədar "Qanunun aliliyi" adlı dəyirmi masa keçirilib.

12 noyabrda Ağstafa rayon Heydər Əliyev Mərkəzinin və MKS-nin birgə təşkilatçılığı ilə Konstitusiya günü ilə əlaqədar "Qanunun aliliyi" adlı dəyirmi masa keçirilib.

Tədbiri Mərkəzin direktoru Ləman Cəlilova açaraq Konstitusiya gününün qeyd olunmasının tarixindən danışıb. Bildirib ki, 1991-ci ildə Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub və 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk milli Konstitusiyanın hazırlanması ilə bağlı xüsusi komissiya yaradılıb. Azərbaycan xalqının keçdiyi keşməkeşli tarixi-siyasi yoldan bəhs edərək, Ulu öndərin Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin dinamik inkişaf etdiyini, sabitliyin əldə olunduğunu qeyd edib.

Sonra çıxış edən MKS-nin direktoru Solmaz Nağıyeva 12 noyabr 1995-ci ildə qəbul olunan Konstitusiyanın dünyanın ən mütərəqqi konstitusiyalarından biri olduğunu, burada bütün ali hüquqların qorunduğunu, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi və rəhbərliyi ilə ölkəmizin yüksək inkişaf dinamikasına malik olduğunu qeyd edib. S.Nağıyeva bu günün əhəmiyyətindən bəhs edərək, dövlət atributlarına hörmətin vacibliyini vurğulayıb. O, gənclərə Konstitusiyanı dərindən öyrənməyi və mənimsəməyi tövsiyə edib.