27.07.2020-ci il tarixdə Azərbaycan klassik realist dramaturgiyasının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubikleyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 31 yanvar 2020-ci il tarixli Sərəncamına əsasən Ağstafa, Qazax və Tovuz rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığı" mövzusunda onlayn tədbir keçirilib.

Onlayn tədbiri Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova açaraq və bildirib ki, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur.

Sonra Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova bildirib ki, realist Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığa on doqquzuncu əsrin doxsanıncı illərində başlayıb. Ədəbiyyat tarixinə klassik hekayələri və faciə əsərləri ilə daxil olub. Görkəmli teatr təşkilatçısı idi və Azərbaycanın ilk peşəkar rejissoru sayılır. Dili son dərəcə zəngindir, xalq danışığına, folklor ədəbiyyatına yaxındır.

Sonra Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxış edərək bildirib ki, Əbdürrəhim bəy Haqverdiyevin adının UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür. Sonda tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar.