22 iyul 2020-ci il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Tovuz, Qazax, Bərdə, Samux, Zərdab, Şabran, Neftçala, Tərtər, Yevlax, Qəbələ, Şəmkir, Xızı, Oğuz rayon Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə "Vətənpərvərlik ən ülvi duyğudur" mövzusunda videokonfrans keçirilib.

22 iyul 2020-ci il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Tovuz, Qazax, Bərdə, Samux, Zərdab, Şabran, Neftçala, Tərtər, Yevlax, Qəbələ, Şəmkir, Xızı, Oğuz rayon Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə "Vətənpərvərlik ən ülvi duyğudur" mövzusunda videokonfrans keçirilib.

22 iyul 2020-ci il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Tovuz, Qazax, Bərdə, Samux, Zərdab, Şabran, Neftçala, Tərtər, Yevlax, Qəbələ, Şəmkir, Xızı, Oğuz rayon Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə "Vətənpərvərlik ən ülvi duyğudur" mövzusunda videokonfrans keçirilib. İlk olaraq 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədi, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Videokonfransı giriş sözü ilə açan Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova bildirib ki, vətənpərvərlik -vətənə sədaqət, məhəbbət, xalqa bağlılıq, millətə sevgi, lazım gələrsə vətən uğrunda canını qurban verməyi bacarmaq deməkdir. Bütün bu keyfiyyətləri xalqımız iyulun 12-də Tovuz rayonu ərazisində ermənistan silahlı qüvvələrinin sərhədlərimizi pozaraq torpaqlarımıza hücum edən zaman əsgərlərimizin göstərdiyi rəşadətdə bir daha bariz şəkildə gördük. Vətən sevgisi, torpaq uğrunda mübarizə bütün xalqı ayağa qaldırdı. Paytaxt Bakıda, regionlarda xalq çox yüksək səviyyədə vətənpərvərlik nümayiş etdirdi. Xalqımızın necə birlik, həmrəylik, bərabərlik nümayiş etdirdiyinin şahidi olduq.

Videokonfransda çıxış edən Tovuz, Qazax, Bərdə, Samux, Zərdab, Şabran, Neftçala, Tərtər, Yevlax, Qəbələ, Şəmkir, Xızı, Oğuz rayon Heydər Əliyev Mərkəzlərinin direktorları vətənpərvərlik hissinin ən ali duyğu olduğunu bildirərək, vətənpərvərlik tərbiyəsinin, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyasının təbliğində Mərkəzlərin xüsusi rolunun olduğunu vurğulayıblar. Həmçinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədi, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Azərbaycan xalqının mübarizliyinin, yenilməzliyinin, birliyinin şahidi olunduğu qeyd edilib. Güclü dövlətimizin, güclü ordumuzun sayəsində torpaqlarımızın işğaldan azad olunacağı günün uzaqda olmadığını bildiriblər.