Kingboxing üzrə idman dərnəyi

2017-ci il tarixindən etibarən Heydər Əliyev mərkəzində Kingboxing üzrə idman dərnəyi fəaliyyət göstərir. Dərnəkdə beş yaşdan yuxarı uşaqlar və gənclər iştirak edirlər. İdman dərnəyini yaratmaqda məqsədimiz gənclərin asudə vaxtının səmərəli təşkili və idmana olan marağı artırmaqdır.

İdman dərnəyi həftənin I, III, V günləri fəaliyyət göstərir.

Rəqs dərnəyi

2017-ci il tarixdən etibarən Heydər Əliyev mərkəzində Rəqs dərnəyi fəaliyyət göstərir. Rəqs dərnəyində 5 yaşından yuxarı uşaqlar və gənclər iştirak edir. Dərnəkdə Azərbaycan milli rəqsləri ilə yanaşı xarici rəqslər də öyrədilir. Rəqs dərnəyini yaratmaqda məqsədimiz gənc nəslin asudə vaxtının səmərəli təşkil etməkdir. Rəqs dərnəyi daxilində "Ləman" rəqs qrupu fəaliyyət göstərir ki, hansı ki bu rəqs qrupu bir sıra rayon və respublika əhəmiyyətli tədbirlərdə çıxış edir. "Ləman" rəqs qrupu republikada və bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak edərək mükafata layiq görülüb.

Rəqs dərnəyi-həftənin II və bazar günləri fəaliyyət göstərir.