Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Unikal memarlıq üslubunda, çoxfunkusiyalı inzibati binanın – Heydər Əliyev Mərkəzinin açılışı 2008-ci il 24 sentyabr tarixində prezident İlham Əliyevin iştirakı ilə baş tutmuşdur. 3,7 ha əraziyə, 3517 kv.m sahəyə malik 4 mərtəbəli binanın böyük bir hissəsi Ulu öndərin xatirəsinə həsr olunan 3 ekspozisiya zalından ibarətdir. Burada 393 ədəd eksponat nümayiş etdirilir. Həmçinin 3 konfrans zalı, kinozal, rəqs, kitabxana və tədris otaqları, eləcə də inzibati otaqlar müəyyən edilmişdir. Burada beynəlxalq və ölkə əhəmiyyətli, eləcə də rayon miqyaslı bir sıra tədbirlər keçirilməkdədir. Ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin araşdırılması və təbliği istiqamətində elmi işlərin hazırlanması, Heydər Əliyev Məktəbinin və İntellektual Oyunlar bilik yarışlarının keçirilməsi, eləcə də müxtəlif müsabiqələrin, dərnəklərin təşkili Mərkəzin əsas fəaliyyət istiqamətləridir. Bundan əlavə əlamətdar tarixi günlərin qeyd edilməsi, maarifləndirici xarakterli layihələrin təşkili də diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu və məqsədyönlü siyasətin rayonda təbliği, eləcə də ümumi işin günün tələbləri istiqamətində qurulması üçün müvafiq tədbirlərin həyata keçirilməsi Mərkəzin gələcək fəaliyyətinin başlıca meyarı olaraq müəyyən edilmişdir.