Mərkəzin ümumi ərazisi 3,7 ha, binanın sahəsi isə 3517 kv. m-dir. Mərkəzin həyətində Ulu Öndərimizin xatirəsini əbədiləşdirən 7,2 m hündürlüyə malik abidə ucaldılmışdır. Abidənin hazırlanmasında qranit materialdan istifadə edilmişdir. Foyedə Heydər Əliyevin barelyefi yer alır. Barelyef tuncdan hazırlanmışdır.Barelyefin alt hissəsində Heydər Əliyevin “AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ ƏBƏDİDİR, SARSILMAZDIR, DÖNMƏZDİR” kəlamı öz əksini tapır.

Mərkəzin inzibati binası 4 mərtəbədən ibarətdir. 3 muzey ekspozisiya zalı, 1 böyük (390 nəfərlik), 1 kiçik və 2 konfrans zalı, rəqs, kitabxana və distant təhsil, ekoturizm və informasiya studiyası, uşaq yaradıcılıq studiyası, tədris və hazırlıq mərkəzi və inzibati otaqları, eləcə də nigah zalı və sərgi otaqları vardır.Muzey 3 ekspozisiya zalından ibarətdir. I və II ekspozisiya zalı 1-ci mərtəbədə, III ekspozisiya zalı isə 2-ci mərtəbədə yerləşir. Muzeyin ümumi tutduğu sahə 344 kv.m-dir. I ekspozisiya zalı 70 kv.m, II ekspozisiya zalı -137 k.m, III - ekspozisiya zalı isə 137 kv.m-dir.

I Muzey ekspozisiya zalinda Ulu Öndər Heydər Əliyevin 1971-1979-cu illərdə Qərb regionuna səfərlərini əks etdirən fotoşəkillər öz əksini tapır.

II Muzey ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin uşaqlıq, gənclik və Sovet dönəmində Təhlükəsizlik orqanlarında işlədiyi illəri əhatə edən fotoşəkillər öz əksini tapır.

III Muzey ekspozisiya zalında Ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illər qurtuluş və qazanılmış müstəqillik uğrunda yenilməz mübarizə, 1993-2003-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yolunda görülən işlər Azərbaycanı dünya birliyinə tanıtması, bağlanan uğurlu müqavilələr, atılan önəmli imzalar və dünya səviyyəsində qazanılmış uğurlardan xarici siaysət konsepsiyasının formalaşması, bir çox beynəlxalq təşkilatlara daxil olmağımız və dünya birliyində özünə məxsus yer tutmaq beynəlxalq imicimizin yüksəlməsini əks etdirən fotoşəkillərədən ibarətdir.

390 nəfərlik boyük akt zalı. Burada rayon və respublika əhəmiyyətli tədbirlər keçirilir.

Kiçik zal-bu zalda 48 nəfərlik oturacaq yer alır. Mərkəz daxilində keçirilən tədbirlər və sənədli filmlər bu zalda təqdim olunur.

Konfrans zalı-60 nəfər yer tutur. İctimai tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.

Kiçik konfrans zalı-mötəbər görüşlərin və kiçik dəyirmi masaların təşkili üçün nəzərdə tutulub.

Rəqs studiyası

Kitabxana- vətəndaşların asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulub.

Ekoturizm və informasiya studiyası-Mərkəzə gələn qonaqların rayonun mövcud turizm potensialı haqqında informasiya əldə etmək məqsədilə yaradılıb.

Uşaq yaradıcılıq studiyası-uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün nəzərdə tutulub.

Tədris və hazırlıq mərkəzi-komputer kurrslarının tədrisi üçün nəzərdə tutulub.

Nigah zalı-nigaha daxil olan gənclərin nigah mərasimlərinin təşkili üçün nəzərdə tutulub.