“Gənc Heydərçilər” qrupuları

Əvvəl “Heydər Əliyev siyasi kursu” adı ilə fəaliyyət göstərib.Məktəblilər həftədə 1 dəfə olmaqla mərkəzə gələrək məruzələr dinləyir,dahi liderimizin həyat və fəaliyyəti ilə bağlı bilgilərə yiyələnirdilər.2014-cü ildən etibarən kursun fəaliyyət istiqaməti dəyişdirildi.Yəni,artıq hər məktəbdə 15 nəfərlik “Gənc Heydərçilər”qrupu yaradılıb ki,bu da ümumilikdə 160 nəfər təşkil edir. Hər məktəbdə fərqli günlərdə və fərqli saatlarda təşkil edilən dərslərdə dahi liderimizin zəngin siyasi irsi,fəaliyyəti təbliğ olunur,məruzələr oxunur,sərgilər təşkil edilir,filmlər nümayiş etdirilir.Dahi liderimizin doğum günü,anım günü və 15 İyun Milli Qurtuluş günü ilə əlaqədar,o cümlədən tarixi və əlamətdar günlərlə bağlı müxtəlif müsabiqələr təşkil olunur,konfranslar keçirilir.