31 dekabr 2020-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Ağcabədi Regional Mədəniyyət idarəsinin əməkdaşları ilə birgə Şəhidlər xiyabanını ziyarət edib.

31 dekabr 2020-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Ağcabədi Regional Mədəniyyət idarəsinin əməkdaşları ilə birgə Şəhidlər xiyabanını ziyarət edib.

İlk öncə "Vətən müharibəsində" canını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra vətənin bütövləşməsi uğrunda canından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulmuş, xatirələri anılmışdır. Tədbirin bədii hissəsində Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin " bədii qiraət" dərnəyinin üzvləri şəhidlərə həsr olunmuş şeirlər səsləndirmişlər. Tədbir karantin şərtləri yerinə yetirilməklə keçirilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban verən,alnımızın ləkəsini silən,qürurumuzu bizə qaytaran Vətən müharibəsi qəhrəmanlarının ruhu qarşısında baş əyirik!