Yaxın mədəniyyət müəssisələri

Qarabağ Muğam Mərkəzi

Ağcabədi şəhər Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi binasının ümumi sahəsi 879 kv.m-dir.Binada 14 sinif otağı,154 yerlik qış konsert zalı,150 yerlik yay konsert zalı olmaqla tədris üçün yüksək səviyyədə şərait vardır. Muğam Mərkəzinin binası daxil olmaqla yerləşdiyi parkın sahəsi 1.7 hektardır.Hal-hazırda Muğam Mərkəzində Səs şöbəsi üzrə 32 şagird,Tar şöbəsi üzrə 17 şagird,ümumilikdə 49 şagird təhsil alır.Hal-hazırda Muğam Mərkəzində 21 müəllim işləyir,onlardan 6 müəllim səs üzrə,3 müəllim tar üzrə,5 müəllim səs şöbəsin konsertmeystr üzrə,7 müəllim isə köməkçi fənnlər üzrə müəllim işləyir

Ağcabədi rayon Mədəniyyət Mərkəzi

Mədəniyyət evi 1961-ci ildə tikilmişdir. 2008-ci ildə isə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Mədəniyyət Evi əsaslı şəkildə təmir edilmiş və 2009-cu ilin fevral ayında istifadəyə verilmişdir. Rayon Mədəniyyət Mərkəzinin yaradılması haqqında Azərbaycanın qeyri-maddi mədəni irs sahəsinin qorunması istiqamətində aparılan islahatların sürətləndirilməsi, əhalinin asudə vaxtının mədəni-təşkili, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 29.04.2015-ci il tarixli, 217 saylı əmrindən, nazirliyin 27.12.2012-ci il tarixli, 8 saylı Qərarı ilə təsdiq edilmiş şəhər (rayon) Mədəniyyət Mərkəzinin nümunəvi əsasnaməsindən və şəhər (rayon) Mədəniyyət Mərkəzinin məlumat kitabından (qoşmaları daxil olmaqla) aparılmasından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzi və bu Mərkəzin filialları qismində fəaliyyət göstərəcək klub müəssisələrinin profilləşməsi işi həyata keçirilmişdir. Mədəniyyət Mərkəzinin nəzdində 41 profilləşmiş mədəniyyət və klub filialları (Xalq sənətkarlığı, Diyarşünaslıq, Folklor, Sənətkarlıq klubları) fəaliyyət göstərir. Eyni zamanda qeyd olnun mədəniyyət və klub filiallarında dram dərnəkləri, bədii-özfəaliyyət musiqi kollektivləri,tar, qarmon, tikiş və toxuculuq, rəqs, sənətkarlıq, oyma və rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Mədəniyyət Mərkəzinin tabeçiliyində olan mədəniyyət və klub filiallarında 145 nəfər işçi işləyir.Mədəniyyət Mərkəzində hal-hazırda 7 işçi çalışır. Mədəniyyət Mərkəzinin ümumi sahəsi 1559.kv. m-dir. Mərtəbəsinin sayı 2-dir.

Mədəniyyət Mərkəzi 1 zaldan (304 yerlik)

1 səhnədən

1 foyedən

1 direktor otağından

2 qrim otağından (hər iki mərtəbədə)

1 bədii rəhbər otağından

2 dərnək otağından

1 metodiki otaqdan

1 qarderobdan

1 texniki mərkəz-otaqdan

ibarətdir. Mədəniyyət Mərkəzində işlər Mədəniyyət və Turizm Nazirliyinin, rayon İcra Hakimiyyətinin, Ağcabədi rayon Mədəniyyət və Turizm Şöbəsinin məktub və tövsiyyələri əsasında qurulur. Belə ki, Mədəniyyət Mərkəzi Ağcabədi rayonunda keçirilən bütün mədəni-kütləvi tədbirlərinin, bayram konsertlərinin, el şənliklərinin, ədəbi-bədii kompozisiyaların, əlamətdar günlərin, anım günlərinin, ədəbi-bədii gecələrin, rayon ərazisində yerləşən hərbi hissələrdə əsgər və zabitlərlə görüşlərin hazırlanması və keçirilməsində yaxından iştirak edir. Mərkəz öz nəzdində fəaliyyət göstərən “Ələk” ədəbi şeir məclisinin üzvlərinin ay ərzində iki dəfə görüşlərini də təşkil edir. Mərkəzin nəzdində 14 nəfərdən ibarət 1 bədii- özfəaliyyət dram dərnəyi də fəaliyyət göstərir. Habelə, Mədəniyyət Mərkəzində hər ay seminar-məşğələlər təşkil olunur. Seminarda Mərkəzin fəaliyyətinin predmeti xalq yaradıcılığının dəstəklənməsi, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası və inkişaf etdilirməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, Azərbaycan xalqının folklor ifaçılığı sənətinin (musiqi-rəqs, şifahi ədəbiyyat, oyun-tamaşa) dəstəklənməsi, dircəldilməsi, xalq yaradıcılığı, diyarşünaslıq, folklor və sənətkarlıq, digər dərnək, kurs, birlik və s. işlərin təşkili işləri müzakirə edilir.

Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi

Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi 1980- ci ildən fəaliyətə başlamışdır. Muzeyin ümumi sahəsi 1830 m2, Binanın sahəsi 700m2.Muzey 8 ekspozisiya otağı, 4 iş otağı, 2 fond otağı və 1 zaldan ibarətdir. Hazırda muzeydə 5000-ə yaxın (4782) eksponat qorunur. Burada hər bir otaq ayrı-ayrı tarixi dövrləri əks etdirir. Muzeydə olan eksponatlar əsasən bölmələr üzrə qruplaşdırılıb. Muzeyin birinci bölməsi olan təbiət bölməsi olduqca rəngarəng və maraqlıdır. Bölmənin heyvan və quşlara aid hissəsi rayonun ərazisində olan “Ağ göl dövlət qoruğundan gətirilib. Qədim dövür bölməsində əsasən arxeloji tapıntılar nümayiş etdirilir. Muzeyin ən nadir eksponatı küp qəbirdir. Muzeyimizdə məişətdə işlədilən əşyalar, geyim və bəzək formaları, tariximizi əks etdrən metal, mis saxsı qablar qorunub saxlanılır. Habelə muzeyimizdə Böyük Vətən müharibəsi iştirakçılarının, Qarabağ uğrunda döyüşlərdə iştirak edən Milli qəhrəmanlarımızın və şəhidlərimizin şəxsi əşyaları qorunub saxlanılmaqdadır.. Muzeyin ən qədim eksponatları isə ötən yay arxeoloqlarının rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları məişət əşyalarıdır.Azərbaycan Respublikasının prezidentinin “ Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007- ci il tarixli 2013 nömrəli Sərəncamının 2- ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının təkilifləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 22 may 2009 – cu il tarixli 292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” nın icrası ilə bağlı əhəmiyyətli işlər görülmüşdür.Ağcabədi rayon Tarix- Diyarşünaslıq muzeyində 2016-ci il hesabat ilində 4681 eksponat vardır. 2017-ci il yanvar –sentyabr aylarında muzeyə 101 ədəd tarixi eksponatlar hədiyyə olunmuşdur.Hal-hazırda muzeyin balansında 4782 ədəd eksponat vardır. Tarix- Diyarşünaslıq muzeyi 14.11.2014ci il tarixində əsaslı təmirə dayandırılmışdır. Muzeydə 17 işci çalışır.

Ağcabədi rayon Gənclər Mərkəzi

Şəhərin ən gözəl binalarından olan Gənclər Mərkəzinin ümumi sahəsi üç min kvadratmetrdir. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai- siyasi fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr vardır. Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması və bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Bunun üçün ayrıca internet otağı vardır. Bütün kompyuterlər internetə qoşulmuşdur. Burada, həmçinin iclas və akt zalları, atıcılıq otağı, 3D kinozalı, linqafon otağı, elektron kitabxana və digər yardımçı otaqlar vardır. Müasir avadanlığın quraşdırıldığı atıcılıq salonunda gənclərin bu sahədə ibtidai hazırlıq keçmələrində və onların interaktiv, pnevmatik avtomatdan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılır. Bu mərtəbədə fəaliyyət göstərən disko-barda ən müasir akustika sistemi quraşdırılmışdır.
Binanın birinci mərtəbəsində oyun zalı yaradılmışdır. Burada müxtəlif növ oyun aparatları, dördcərgəli boulinq zalı, balacalar üçün “Labirint” oyun guşəsi fəaliyyət göstərəcəkdir. İkinci mərtəbədə gənclər kafesi yaradılmışdır.

Ağcabədi şəhər Uşaq Musiqi Məktəbi

1988-ci ildən ayından musiqi məktəbi kimi müstəqil fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi bina 1958-ci ildə tikilib.Poliklinika kimi istifadəyə verilib. 2 mərtəbədən ,anbar binasi ,transvormator qurğusu və 4 ədəd köməkçi binadan ibarətdir.

Fortepiano, nağara, xanəndəlik, tar, kamança, qarmon ixtisasları tədris olunur.

Ağcabədi rayon Uşaq Gənclər Şahmat məktəbi

Ağcabədi rayon Uşaq Gənclər Şahmat məktəbi 1982-ci ildən fəaliyyət göstərir.2011-ci ilin 6 mayında müasir tələblərə uyğun olan 2 mərtəbəli bina bütün şahmat avadanlıqları ilə təmin edilmiş,483 kv metrdən ibarət yeni şahmat binası tikilərək istifadəyə verilmişdir.Şahmat məktəbinin açılışında Möhtərəm cənab prezidentimiz İ.Əliyev iştirak etmişdir. Bina 2 mərtəbədən ibarətdir.Birinci mərtəbədə 6 sinif otağı,müəllimlər və direktor otağı yerləşib. İkinci mərtəbədə 150 kv. metr sahəsi olan yarış zalı,Heydər Əliyev guşəsi və kompyuter otağı vardır. Beynəlxalq səviyyəli şahmat turnirinin Ağcəbədi şəhəri Şahmat məktəbində keçirilməsinə şərait vardır.