Rəhbərlik və əməkdaşlar

Mərkəzin 9 nəfər əməkdaşı var.

  1. Direktor- Ağyeva Məhsəti Musa qızı
  2. Baş fond mühafizi -Əliyeva Rövşanə Əyyub qızı
  3. Elmi işçi – Bünyatov Fariz Adil oğlu
  4. Bələdçi - İsmayılov Cavid Arif oğlu
  5. Texniki işçilər- 5 nəfər

Direktor

Ağayeva Məhsəti Musa qızı 1984-cü ildə Ağcabədi rayonunda anadan olub. 2007- ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq və biblioqrafiya fakültəsini bitirib. 2005-ci ilin avqustunda Ağcabədi rayon MKS-nin 56 saylı filialının müdiri kimi əmək fəaliyyətinə başlayıb. 2006-cı ilin sentyabrından 2007-ci ilin fevral ayınadək Abidələr üzrə mühafizəçi işləyib.2007-ci ilin fevralından 2012-ci ilin fevral ayınadək Aağcabədi rayon Heydər Əliyev Mərkəzində (o vaxt muzey ) elmi işçi, 2012-ci ilin fevral ayından 2015-ci ilin oktyabr ayınadək Heydər Əliyev Mərkəzində baş fond mühafizi, 2015-ci ilin fevral ayından hal-hazıradək isə Mərkəzin direktoru vəzifəsində çalışır.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvüdür.2009-cu ildə Prezident təqaüdünə layiq görülüb. Ağcabədidə fəaliyyət göstərən Ələk ədəbi məclisinin yaradıcısı və rəhbəridir.

YAP-Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavinidir.

Ağcabədi bələdiyyəsinin üzvüdür.

4 şeirlər kitabının müəllifi, “Ağcabədi yazarları” kitabının tərtibçisi, “Heydər Əliyev və Ağcabədi” kitabının tərtibçilərindən biridir.

Baş fond mühafizi

Əliyeva Rövşanə Əyyub qızı 1994-cü ildə Ağcabədi rayon Xocavənd kəndində anadan olub. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsini bitirib. 17 iyul 2018-ci ildən 01.noyabr.2019 cu il qədər Ağcabədi rayon Heydər Əliyev Mərkəzində bələdçi vəzifəsində çalışıb, 01.noyabr.2019 cu ildən hal-hazıra qədər Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Baş fond mühafizi vəzifəsində çalışır

2015-ci ildə Bakı şəhərində keçirilən İlk Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərib.

Elmi işçi

Bünyatov Fariz Adil oğlu 1988-ci ildə Ağcabədi rayon Pərioğullar kəndində anadan olub. 2010-cu ildə Azərbaycan Texnologiya Universitetinin Turizm və sosial mədəni servis xidməti fakültəsini bitirib. 12 noyabr 2012-ci il tarixdən elmi işçi vəzifəsində çalışır.

YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin üzvüdür.

Bələdçi

İsmayilov Cavid Arif oğlu 21.iyul.1994 -cü ildə Ağcabədi rayon Yeni Qaradolaq kəndində anadan olub. 2015-ci ildə Azərbaycan Texniki Unifersitetinin avtomatika fakültəsini bitirib. 01.fevral.2018-cil tarixdən 01.noyabr.2019 -cu il tarixdən Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Nəzarətçi vəzifəsində çalışıb, 01.noyabr.2019-cu il tarixdən hal-hazıradək Ağcabədi rayon Heydər Əliyev Mərkəzində bələdçi vəzifəsində çalışır.