Heydər Əliyev və Ağcabədi

Xalqımızın dahi oğlu Heydər Əliyev Ağcabədi rayonuna 6 dəfə səfər etmişdir. 4 dəfə Sovet hakimiyyəti illərində, 2 dəfə isə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra.

Sovet hakimiyyəti illərində Heydər Əliyev 1970, 1974, 1978 və 1982-ci illərdə rayona səfər etmiş,pambıq-tarla düşərgələrində olmuş,zəhmətkeşlərlərlə görüşmüş, onların problemləri ilə maraqlanaraq yaxından köməklik etmişdir. Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları (o vaxt muzey) 2008-ci ildə həmin sakinlərin əksəriyyəti ilə görüşərək onların xoş təəssüratlarla dolu xatirələrini toplamış, bu xatirələrdən və həmin görüşləri əks etdirən fotolardan ibarət “Heydər Əliyev və Ağcabədi” adlı kitab tərtib etmişdirlər ki,bu da yerli sakinlərin və eləcə də rayona gələn qonaqların böyük marağına səbəb olmuşdur.

Dahi liderimiz müstəqillik illərində 1993 və 1994-cü illərdə də Ağcabədiyə səfər etmişdir.1994-cü ildəki səfərində hərbiçilərlə görüşmüş,Ali baş komandan kimi onlara öz dəyərli məsləhətlərini vermişdir.

Dahi liderimiz Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə,yəni Sovet hakimiyyəti illərində ölkəmizin hər yerində olduğu kimi Ağcabədi rayonunda da sürətli inkişaf getmiş, cəmi 12-15 min ton pambıq istehsal edən Ağcabədi rayonu Heydər Əliyevin qayğısı nəticəsində məhsul istehsalını yüz min tona çatdırmağa,taxıl,üzüm,barama,heyvandarlıq məhsulları istehsalını isə bir neçə dəfə artırmağa müvəffəq olmuşdur. Həmin dövrdə rayonda tikinti-abadlıq işləri genişləndirilmiş,yeni istehsal müəssisələri,fabrik və zavodlar açılmış,dəmir yol xətti istifadəyə verilmişdir.Təhsil sahəsinə hər zaman böyük önəm verən dahi liderimizin dəstəyi ilə təkcə həmin illərdə Ağcabədidə 13 məktəb tikilib istifadəyə verilmişdir.

Heydər Əliyevi başqa rəhbər i.çilərdən fərqləndirən bir xüsusiyyəti var idi ki,rayona gələndə,ilk növbədə,zəhmət adamları ilə görüşər,onların arzu və istəklərini,təkliflərini dinləyir,sonra yerli rəhbər kadrlarla söhbət edərdi.Bu da yerli partiya işçiləri üçün sözün əsl mənaında ustad dərsi idi.

Heydər Əliyev Mərkəzinin əməkdaşları həmin insanlarla görüşərək 2008-ci ildə "Heydər Əliyev və Ağcabədi " adlı kitab tərtib etmişdirlər. Kitabda Heydər Əliyevlə görüşmüş insanların xatirələri və fotoşəkillər yer almışdır.

Dahi liderimizin Azərbaycana rəhbərlik etdiiyi birinci dövrdə Ağcabədi rayonundan fəxri adlara və mükafatlara layiq görülən zəhmətkeşlər :

Suqra Mədətova - "SSRİ Dövlət Mükafatı laureatı", "Azərbaycanın Fəxri Pambıq ustası", "Sosialist Əməyi Qəhrəmanı"

Şaban Rzayev - "Sosialist Əməyi Qəhrəmanı" ,"Lenin ordeni"

Süleyman Süleymanov - "Sosialist Əməyi Qəhrəmanı", "Qırmızı Əmək bayrağı"ordeni,

Güləbətin Məmmədova - "Sosialist Əməyi Qəhrəmanı", "Lenin ordeni"

Sahib Zeyniyev - "Qırmızı Əmək bayrağı"ordeni,"əməkdar aqronom"

Şamil Həsənov - "Qırmızı Əmək bayrağı"ordeni,"Oktyabr İnqilabı" ordeni

Sabir Hüseynov - "Qırmızı Əmək bayrağı"ordeni, "Şərəf nişanı "ordeni