Heydər Əliyev Mərkəzinin əməkdaşlarının ümumtəhsil məktəblərindəki məruzələri davam edir.

Heydər Əliyev Mərkəzinin əməkdaşlarının ümumtəhsil məktəblərindəki məruzələri davam edir.

Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəliyyətinin, zəngin siyasi irsinin örədilməsi və təbliğ olunması, məktəblilərin vətənpərvər ruhda yetişməsi məqsədilə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları təsdiq edilmiş qrafika əsasən mütəmadi olaraq Ağcabədi şəhər ümumtəhsil məktəblərində məruzələrlə çıxış edirlər. Qrafikə əsasən Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva M.Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbdə 24 fevral 2020-ci il tarixdə “Heydər Əliyevin tərcümeyi-halı”, 25 fevral 2020-ci il tarixdə isə “Heydər Əliyevin Kreml günləri” adlı məruzələrlə ilə çıxış edib.
Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazan Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verən məruzəçi bildirib ki, Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Məruzə zamanı məktəblilərin diqqətinə o da çatdırılmışdır ki, müdrik dövlət xadiminin istər sovet, istərsə də müstəqillik illərində xalqına, onun gələcəyinə həsr etdiyi ömür, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması istiqamətində atdığı qətiyyətli addımlar bu gün öz bəhrəsini verməkdədir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs, inkişaf strategiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.