Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və GİKM-in Ağcabədi nümayəndəliyinin birgə təşkilatçılığı ilə əlaqədar gənc könüllülərin iştirakı ilə "Ümumdünya İnsan Hüquqları" günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva insanların hüquq və azadlıqlarından geniş məlumat verərək bildirmişdir ki, Ümumdünya İnsan Hüquqları bəyannaməsi 1948-ci ilin 10 dekabr tarixində qəbul edilən bu bəyannamə 30 maddədən ibarətdir.58 coğrafi, siyasi və mədəni cəhətdən fərqli bölgəni ümumbəşəri bir sənədin yaradılması nəticəsində bir araya gətirmişdi.

Daha sonra GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaşları Mirəli Mirəliyev, Röyalə Yaqubzadə ÜİHB haqqında ətraflı məlumat verdilər.Qeyd olundu ki,bəyannamənin mətnini Eleanora Ruzveltin rəhbərlik etdiyi səkkiz üzvlük İnsan hüquqları Komissiya tərəfindən yazılmış və mədəni, sosial, iqtisadi sahədəki hüquqlardan tutmuş mülki və siyasi hüquqlara qədər müxtəlif insan hüquqlarını əhatə etmişdi.