Ağcabədidə "Zəfər yürüşü" keçirilib.

Ağcabədidə "Zəfər yürüşü" keçirilib.

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin və Ağcabədi rayon YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə sentyabr ayının 27-də başlayan müharibənin, 10 noyabr tarixində şanlı Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələnməsi münasibətilə "Zəfər yürüşü" təşkil edilmişdir. Yürüş, vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq, rayon sakinlərinin müşayiəti ilə Heydər Əliyev meydanından başlamış və Şəhidlər Xiyabanında bitmişdir. Yürüş zamanı sakinlər uzunluğu 50, eni 6 metr olan üç rəngli müqəddəs Azərbaycan bayrağını başları üzərində daşıyaraq yol boyu "Qarabağ Azərbaycandır!", "Yaşasın Azərbaycanın Ali Baş Komandanı", "Şəhidlər ölməz, vətən bölünməz", "Ən böyük əsgər, bizim əsgər" şüarları səsləndirmişdir.

Qələbən mübarək Azərbaycan, yaşasın Azərbaycan Ordusu, var olsun Ali Baş Komandan cənab İlham Əliyev!

Qarabağ Azərbaycandır!