Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi"nin imzalanmasının 26 illiyinə həsr olunmuş tədbir keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi"nin imzalanmasının 26 illiyinə həsr olunmuş tədbir keçirilib

19 sentyabr 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının və könüllülərin iştirakı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 26 illiyinə həsr olunmuş tədbir keçirilib. Xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq həyata keçirilən tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva “Əsrin müqaviləsi” neft kontraktının tarixi haqqında ətraflı məlumat verərək bildirmişdir ki, 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.

Rövşanə Əliyeva onu da qeyd etdi ki, Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı müqavilə imzalanandan sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanmışdır.

Sonda mərkəz əməkdaşları tərəfindən hazırlanmış “Heydər Əliyev və Azərbaycanda neft strategiyası” adlı video-çarx nümayiş olundu.