Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində “Milli Musiqi Günü”nə həsr olunmuş onlayn konfrans keçirilib

Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində “Milli Musiqi Günü”nə həsr olunmuş onlayn konfrans keçirilib

“Milli Musiqi Günü” ilə əlaqədar olaraq 18 sentyabr 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində video konfrans keçirilib. Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliçiliyində olan bir çox idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi konfransı giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva Dahi bəstəkar Üzeyir Haıbəyovun həyat yolu və Milli Musiqi günü ilə əlaqədar olaraq mərkəz tərəfindən həyata keçirilən silsilə tədbirlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir ki, böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Maestro Niyazinin təşəbbüsü ilə XX əsrdə hər il sentyabrın 18-i böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin anadan olduğu gün respublikamızda xüsusi təntənə və mərasimlərlə qeyd edilirdi. Mədəniyyətimizin böyük hamisi, Ümummilli Lider Heydər Əliyev məhz bu günü də unutmadı. Ulu Öndərin sərəncamı ilə hər il 18 sentyabr – "Üzeyir Musiqi Günü” kimi qeyd olunmağa başlandı.

Sonra mərkəzin əməkdaşı Cavid İsmayılov “Musiqi günümüz” adlı məruzə ilə çıxış etmişdir. Daha sonra məruzə ətrafında çıxışlara başlanıldı. Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Məhəbbət Əliyeva, Ü.Hacıbəyov adına Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərov çıxış edərək Azərbaycanın musiqi mədəniyyəti tarixindən, dahi bəstəkarın mədəniyyətimiz qarşısındakı əvəzsiz xidmətlərindən danışıblar. Çıxışlar zamanı o da vurğulanmışdır ki, hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi Günləri artıq ənənə halını alıb. Həmin gün ölkəmizin hər yerində bu münasibətlə müxtəlif tədbirlər keçirilir.