Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində videokonfrans keçirilib.

Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində videokonfrans keçirilib.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir. Tədbirlər planına əsasən “Dünyanı uşaqlara verək!” adlı sərgi təşkil edilmiş, “Xoşbəxt olsun uşaqlar!” adlı video-çarx hazırlanaraq sosial şəbəkələrdə paylaşılmışdır.
Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq 01 iyun 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə müxtəlif bölgələrdən olan uşaqların iştirakı ilə “Uşaqlar bizim sabahımızdır” adlı videokonfrans keçirilmişdir.
Öncə Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva uşaqları təbrik edərək onlara “Uşaqların Beynəlxalq Müdafiəsi günü”nün tarixi barədə qısa məlumat vermişdir. Ulu Öndər Heydər Əliyevin uşaqlara olan qayğısı haqqında ətraflı məlumat verən Məhsəti Ağayeva, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şəraitin yaradıldığını vurğulamışdır.
Daha sonra Mərkəzin əməkdaşları Rövşanə Əliyeva, Cavid İsmayılov, Səbinə Nəsirova çıxış edərək balacaları təbrik etmişdirlər.
Sonda uşaqlardan - Banuçiçək Qarayeva, Toğrul Hüseynov, Balabəy Məlikov, Lətifə Zeynallı və digərləri həmyaşıdlarına öz təbriklərini şeir və mahnılar söyləməklə çatdırmışdırlar.