Həvəskar Aktyorluq və bədii qiraət kursu

Bu kurs 2015-ci ildə yaradılmışdır. Kurs üzvləri burada düzgün danışıq,nitq mədəniyyəti,bədii qiraət bacarıqlarına yiyələnir,kiçik səhnəciklər,tamaşalar hazırlayırlar. Kurs üzvləri kütləvi-mədəni tədbirlərdə fəal iştirak edir,rayonun ictimai-mədəni həyatına yaxından kömək olurlar. Dəfələrlə Ağcabədi rayon İcra hakimiyyətinin, N saylı hərbi hissələrin, Ağcabədi Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları ilə təltif edilib,müəyyən yarışlarda,bədii- qiraət müsabiqələrində qalib olublar.

Kurs dərsləri həftənin 1-ci və 5-ci günləri,saat 15-00-da başlayır və dərslər 2 saat müddətinə davam edir.

Rəsm kursu

Kurs 2012-ci ildə yaradılmışdır. Rəsm kursu ən çox maraq göstərilən kurslardandır. Kurs üzvlərinə rəssamlığın sirləri öyrədilir. Üzvlərin rəsm əsərləri bir çox tədbirlərdə,sərgilərdə nümayiş etdirilir.Rayonda təşkil edilən bir sıra müsabiqələrdə qalibiyyət əldə ediblər. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi müsabiqədə isə kursun bir üzvü diploma layiq görülüb.

Dərs həftənin 6-cı günü saat 10-00-da başlayır və iki qrupa keçilməklə saat 12-00-dək davam edir.

Tikiş kursu

Kurs 2012-ci ildə yaradılmışdır. Tikiş kursunda üzvlər dərzilik peşəsinə yiyələnirlər.Bu baxımdan kursun mahiyyəti böyükdür. Bu günə qədər xeyli sayda qadın dərzilik peşəsinə sahiblənərək müstəqil şəkildə bu işlə məşğul olmağa başlayıb. İldə iki dəfə olmaqla müəyyən rayon tədbirlərində kurs üzvlərinin hazırladığı yeni geyimlərdən ibarət moda nümayişləri keçirilir.

Dərs vaxtı həftənin 2-ci günü, saat 15-00

Toxuculuq kursu

Kurs 2014-cü ildə yaradılmışdır.Toxuculuq kursunda mil və milçə ilə toxuculuğun sirləri öyrədilir. Təkcə geyimlər deyil,eyni zamanda müxtəlif toxunma əl işləri də hazırlanır.Qeyd edək ki,xanımlar arasında toxuculuğa da böyük maraq vardır.

Dərs vaxtı həftənin 4-cü günü,saat 15-00

Maraqlar üzrə əl işləri kursu

Kurs 2015-ci ildə yaradılmışdır. Bu kursda müxtəlif texnika ilə suvenirlərin,əl işlərinin hazırlanması yolları öyrədilir.Daha çox məktəblilərin maraq dairəsində olan bu kursda bacarıqlı gənclər yetişməkdədir. Kurs üzvlərinin əl işləri rayon tədbirlərində təşkil olunan sərgilərdə böyük maraq doğurur.

Dərs vaxtı həftənin 5-ci günü,15-00

Xalçaçılıq kursu

Kurs 2012-ci ildə yaradılmışdır.Qədim xalçaçılıq sənətimizi yaşatmaq məqsədilə yaradılan bu kursda gənc xanımlara xalçaçılıqla bağlı məlumatlar verilir,kiçik xalçaların toxunması,qədim naxışların vurulması öyrədilir.

Dərs vaxtı həftənin 6-cı günü,saat 09-30

Rəqs kursu

Kurs 2017-ci ildə yaradılıb. Rəqs kursunda 6 yaşdan 12 yaşadək uşaqlar rəqslə məşğul olurlar.Kursda milli və eləcə də xarici rəqslər öyrədilir. Kurs üzvləri kütləvi rayon tədbirlərində də fəal iştirak edir,bir-birindən maraqlı və gözəl rəqslər nümayiş etdirirlər.

Dərslər həftənin 1-ci, 2-,ci, 3-cü və 4-cü günləri saat 14-00-da başlayır.