Mərkəzin binası

Heydər Əliyev Mərkəzinin binası Ağcabədi rayon Heydər Əliyev prospekti 217 ünvanında yerləşir. Təməli 15 iyun 2006-cı il tarixdə qoyulmuşdur. 01 fevral 2007-ci ildə istifadəyə verilmişdir. 17 yanvar 2008-ci ildə Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın Ağcabədiyə ilk səfəri zamanı muzeyin rəsmi açılışı olmuşdur. 2007-ci ildən 2012-ci ilin fevral ayına qədər Heydər Əliyev Muzeyi kimi fəaliyyət göstərmişdir. Heydər Əliyev Muzeylərinin fəaliyyətlərinin genişləndirilməsi ilə əlaqədar olaraq 01 fevral 2012-ci il tarixdən Muzey Heydər Əliyev Mərkəzi adlandırılmışdır.

Mərkəzin sahəsi 665, 2m2, həyətyanı sahəsi isə 897,2 m2-dir.(Ümumi sahə 1181) Mərkəz zirzəmi və 2 mərtəbədən ibarətdir.

Zirzəmidə arxiv otağı,mətbəx və 6 kurs otağı var.

Birinci mərtəbədə direktor otağı,kompüter otağı,inzibati otaq və konfrans zalı yerləşir.

İkinci mərtəbədə isə sahəsi 269 m2 olan 2 ekspozisiya zalı vardır.