Xilasedici mükafatlandırıldı

Xilasedici mükafatlandırıldı

Ağdaş şəhər sakini Nurlanbəy Hacıyev Türyançayda sel sularının qəfil artması nəticəsində çarəsiz duruma düşmüş 2 azyaşlının həyatını fədakarlıq nümunəsi göstərərək xilas etmişdir. Bununla əlaqədar cəsur xilasedici rayon İcra Hakimiyyətində qəbul edilmiş, göstərdiyi fədakarlıq nümunəsinə görə Fəxri Fərman və pul mükafatı ilə təltif olunmuşdur. Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunan Nurlanbəy Hacıyev bu diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq hisslərini bildirmişdir.