28 May-Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümüdür

28 May-Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümüdür
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102 ili tamam oldu. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Müsəlman Şərqində ilk demokratik respublika yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir