Yaxın mədəniyyət müəssisələri

Habil Əliyevin adına Uşaq Musiqi məktəbi

2008-ci ilin aprelində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı və Heydər Əliyev fondunun vəsaiti hesabına şəhərin mərkəzində yeni musiqi məktəbinin əsası qoyulmuş, 2009-cu ilin iyun ayının 20-də məktəbin təntənəli açılışı olmuşdur.

3 mərtəbədən ibarət olan məktəbin 50 sinif otağı,204 yerlik konsert zalı var.Məktəb bütün zəruri avadanlıqlarla təchiz olunmuşdur.Ağdaş şəhər musiqi məktəbində tar,kamança,fortepiano,qarmon və klarnet ixtisasları üzrə 530 –a yaxın şagird təhsil alır.132 nəfər orta ixtisas və ali təhsilli müəllim həmin şagirdlərə musiqinin sirlərini öyrədir.Məktəbdə ixtisas fənlərindən başqa,solfecio,musiqi ədəbiyyatı, ümumi musiqi ədəbiyyatı,Azərbaycan xalq musiqi yaradıcılığı,xor,ansambl,ümumi fortepiano dərsləri də keçirilir.Məktəb vaxtaşırı respublika müsabiqələrində müvəffəqiyyətlə çıxış edir.Məktəbin xalq çalğı alətlərindən ibarət ansamblı və xor kollektivi rayonun bütün tədbirlərində iştirak edir.Məktəbdə fəaliyyət göstərən müəllimlərin hamısı Ağdaş musiqi məktəbinin məzunlarıdır.Bundan başqa respublikanın xalq artisti Munis Şərifov,görkəmli muğam ustası Ramiz Hacıyev də bu məktəbin məzunlarıdır.

Məktəb görkəmli kaman ustası Azərbaycan Respublikasının xalq artisti “Şöhrət” və “ İstiqlal” ordenli Prezident təqaüdçüsü vaxtilə Ağdaş şəhər musiqi məktəbinin məzunu həmyerlimiz Habil Əliyevin adınadır.Eyni zamanda məktəbdə Habil Əliyev adına muzey fəaliyyət göstərir.

Ünvan:Ağdaş şəhəri,Heydər Xiyabanı 1

Telefon:(02023) 5 11 65

E-mail: agdash.musiqi@mail.ru

Tarix-Diyarşünaslıq muzeyi

Tarix-Diyarşünaslıq muzeyi 1986-cı ilin yanvar ayında fəaliyyətə başlamışdır.Yarandığı zaman fondda təqribən 3000-ə yaxın eksponat olmuşdur. Yarandığı 23 il ərzində muzey eksponatların sayının artması, gələn tamaşaçıların ildən-ilə çoxalması və s. baxımdan işini uğurla davam etdirir.

Muzeyin fondu əsas və köməkçi fonddan ibarətdir.Əsas fondda kağız və fotosənədlər,məişət və etnoqrafik əşyalar üstünlük təşkil edir.Hal hazırda muzeyin fondunda 6000-ə yaxın eksponat qorunub saxlanılır.

Ünvan:Ağdaş şəhəri,Heydər Parkı

Telefon:(02023) 5 54 73

E-mail:agdashtarixmuzeyi@gmail.com

Rəsm Qalereyası

Ağdaş rayon Dövlət Rəsm Qalereyası 1991-ci ildə yaradılmışdır.Qalereyada həm rayonumuzun, həmdə respublikamızın tanınmış rəssamlarının əl işləri nümayiş etdirilir.Hal hazırda Qalereyanın sərgi salonunda 98 ədəd rəsm əsəri nümayiş etdirilir.

Ünvan:Ağdaş şəhəri,Heydər Əliyev pr.96

Telefon:(02023) 5 18 73

E-mail:fidan.sukurova@gmail.com

Mədəniyyət Mərkəzi

Ağdaş rayon Mədəniyyət Mərkəzi (keçmiş rayon Mədəniyyət Evi) 1959-cu ildə yaradılmışdır. 2015-ci ildən etibarən Mədəniyyət Evi Mərkəz kimi fəaliyyət göstərir. Mərkəzin binası əsaslı təmir olunaraq yüksək səviyyəli iş şəraiti yaradılmış,invertar avadanlıqlarla təchiz olunmuşdur.Bina,ümumi sahəsi 2100 m2 olmaqla tamaşa zalı, sərgi zalları,4 dərnək otağı,6 inzibati otaq və texniki otaqlardan ibarətdir.Hal - hazırda Mədəniyyət Mərkəzinin nəzdində 45 klub müəssisəsi fəaliyyət göstərir ki,bunlardan:3-ü Diyarşunaslıq,5-i Folklor,5-i Sənətkarlıq üzrə profilləşdirilmişdir.Hal-hazırda rayon Mədəniyyət Mərkəzində ümumilikdə 127 mədəniyyət işçisi çalışır.

Mədəniyyət Mərkəzində 1960-cı ildən etibarən “Xalq teatrı” fəaliyyət göstərir.Eləcə də Mərkəz və filiallarında “Kəndirbazlar” sirk-folklor kollektivi,“Teşti” folklor ansamblı,rəqs dərnəkləri və digər yaradılmalar fəaliyyət göstərir.Ansambl və qruplar Ağdaş rayonunda keçirilən ümumrayon tədbirlərində hər zaman fəal iştirak edərək qədim adət-ənənələrimizi,xalq oyunlarını,deyimlərini,musiqisini nümayiş etdirirlər.Bakı şəhərində keçirilən ümumrespublika «Novruz» bayramı tədbirində,eləcə də düşmənlə təmas xəttində yerləşən mövqelərimizdə xidmət edən əskərlər qarşısında uğurla çıxış edir və yüksək fəallıq göstərirlər.

Ünvan:Ağdaş şəhəri,Heydər Əliyev pr.96

Telefon:(02023) 5 18 73

E-mail:agdas_mm@mail.ru

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağdaş rayon MKS-i 1980-cı ildə yaradılmışdır.MKS-i 6 şöbədən Oxuculara xidmət şöbəsi,Komplektləşdirmə və Kitabişləmə şöbəsi,Metodika və Biblioqrafiya şöbəsi,İnformasiya Resurs şöbəsi,Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi,Uşaq şöbəsindən və 73 filial kitabxanadan ibarətdir.Filial kitabxanaların 7-i şəhərdə 3-ü qəsəbələrdə 63-ü isə kəndlərdə yerləşir.Hazırda Ağdaş rayon MKS-nin fondunda 415296 nüsxə kitab vardır ki,onlardan 89710 nüsxəsi latın qrafikalı ədəbiyyatdır.Ötən 2015-ci ildə 34210 nəfər oxucuya 684315 nüsxə kitab verilişi olmuşdur.

Ünvan:Ağdaş şəhəri,M.İsayev,3

Telefon:(02023) 5 42 63

E-mail:seyfeddin-57@mail.ru

Heydər Əliyev adına Park

Heydər Parkı rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.Heydər Əliyev adına parkda sakinlərin mənalı istirahəti, ağsaqqalların,gənclərin və uşaqların asudə vaxtının səmərəli təşkili üçün hərcür şərait yaradılmışdır.Parkın ərazisi 7 hektardır.Parkda yaradılan iki süni göl və 11 fəvvarə bu istirahət məkanının gözəlliyini daha da artırmışdır. Burada müasir işıqlandırma sistemi,müxtəlif atraksionlar,ana və uşaq istirahət mərkəzi,gənclər kafesi,mini avtodrom yaradılmışdır.Görülən işlər çərçivəsində açıq fitnes,5D kino zalı,tir atıcılıq mərkəzi də qurulmuş,müasir dizaynda oturacaqlar qoyulmuşdur.Parkın ərazisinin yaşıllaşdırılması məqsədilə ağac və dekorativ gül kolları əkilmiş, geniş ərazidə çəmənlik salınmışdır.