Muzey

Ekspozisiya zalı

Ekspozisiya zalı Heydər Əliyev Mərkəzinin I-ci mərtəbəsində yerləşir.Bu zalda ümummilli lider Heydər Əliyevin zəngin həyat yolunu əks etdirən şəkillər və sənədlər yerləşdirilmişdir.Ekspozisiya zalı 6 guşədən ibarətdir.

1-ci guşə

1-ci guşədə ümumilli lider Heydər Əliyevin gənclik illəri, ailə fotoları, Dövlət Təhlükəsizlik Komitəsinin məsul vəzifəsində işləyərkən və komitənin sədri olduğu dövrləri əhatə edən fotoşəkillər yerləşdirilmişdir.

2-ci guşə

2-ci guşədə ulu öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olduğu dövrləri əhatə edir.Guşədə Heydər Əliyevin mədəniyyət və incəsənət xadimləri, elm xadimləri ilə görüşləri,Sovet Sosialist dövrünü təmin edən istehsalat müəssisələri ilə tanışlığını əks etdirən fotoşəkilləri yerləşdirilmişdir.

3-cü guşə

3-cü guşədə ulu öndər Heydər Əliyevin 1982-1987-ci illər arası Moskva dövrünü əhatə edir.7 may 1983-cü ildə Heydər Əliyevin 2-ci dəfə Sosialist Əməyi Qəhrəmanı "Qızıl Ulduzu" ilə təltif olunarkən çəkilən fotoşəkili,16 iyun 1984-cü ildə Moskvada SSRİ Ali Sovetinin sessiyasında çəkilmiş fotoşəkili, Barnaul şəhərində görüşlər zamanı çəkilən fotoşəkili,Kazan dövlət universitetində olarkən çəkilmiş fotoşəkilləri bu guşədə yerləşdirilmişdir.

4-cü guşə

4-cü guşə ümumilli liderin Naxçıvan həyatını əhatə edir və 1987-1989-cu illərdə istefada olduğu dövr əks olunur.Heydər Əliyevin deputatlığa namizədliyini irəli sürmüş Alt trikotaj fabrikinin kollektivi ilə tanışlığını əks etdirən 1990-cı ildə çəkilmiş fotoşəkili,1992-ci il Naxçıvan Ali məclisinin iclasında çəkilmiş fotoşəkili,Naxçıvanda ziyalılarla,müəllim və şagird kollektivi ilə çəkilmiş fotoşəkilləri yerləşdirilmişdir.

5-ci guşə

5-ci guşə əbədiyaşar lider Heydər Əliyevin müstəqil Azərbaycan Dövlətinin Prezidenti olduğu 1993-2003-cü illəri əhatə edir.Dahi şəxsiyyətin 1994-cü ildə “Əsrin müqaviləsi” neft kontraktının imzalanma mərasimində olarkən çəkilmiş fotoşəkili,1997-ci ildə neftin hasil olunması münasibəti ilə "Çıraq-1" platformasında olarkən çəkilmiş fotoşəkili,1993-cü ildə ölkədə mövcud vəziyyətlə əlaqədar yerli və xarici jurnalistlərlə mətbuat konfrasında olarkən çəkilmiş fotoşəkili, 1999-cu il Bakı-Supsa-İxrac boru kəməri və terminalın açılışında Potidə olarkən çəkilmiş fotoşəkili,2002-ci ildə Bakı Tiblisi Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimində çəkilmiş fotoşəkilləri yerləşdirilmişdir.

Həmçinin bu guşədə Heydər Əliyevin 1997-ci ildə hərbi təyyarəçilər məktəbinin ilk buraxılışına həsr edilmiş mərasimdə iştirakını, 2001-ci ildə Azərbaycan Ali Hərbi məktəbində ilk buraxılış mərasimində olarkən, 2003-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseydə çəkilmiş fotoşəkilləri yerləşdirilimişdir.

6-cı guşə

Sonuncu 6-cı guşədə isə ümummili liderin Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olduğu dövrü 1969-1982-ci illəri əhatə edir. Ulu öndərin hakimiyyət illərində 1972-1987-ci illər arası Ağdaş rayonuna gerçəkləşən tarixi səfərlərini əks etdirən həmçinin də Ağdaş rayonunun Kükəl kəndində “Qafqaz”kolxozunun sədri Firidun Əhmədovla birlikdə çəkdirdiyi fotoşəkillər bu guşədə öz əksini tapmışdır.Azərbaycan Komunist Partiyası Ağdaş rayon Komitəsinin I-ci katibi Almaz Hacıyevanın 1980-1981-ci illəri əhatə edən rəhbərliyi dövründə çəkilmiş fotoşəkillər,1981-ci il Qülbəndə kəndi “Karl Marks” kolxozu Məzahir Mustafayevin dövründə çəkilmiş fotoşəkillər,1981-ci il Şəmsabad kəndi Kirov adına kolxozun sədri İsa Əliyevlə çəkilmiş fotoşəkilləri,1980-ci il Yenicə kəndi “Lenin Yolu” kolxozun sədri Şuqeyb Hacıyevlə çəkilmiş fotoşəkillər, kənd təsərrüfatı idarəsinin rəisi Veys Həmidovla çəkilmiş fotoşəkili, 1972-ci il Yuxarı Nemətabad kəndi Sovet Rusiyası Komitəsinin kolxoz sədri Xəlil Xəlilovla çəkilmiş fotoşəkil,1980-ci il Qoşaqovaq kəndi “Şirvan” kolxozunun sədri Maqsud Əliyevlə çəkilmiş fotoşəkilləri sonuncu guşədə yerləşdirilmişdir.