Kitabxana

Elektron kitabxanainformasiyanın əmtəəyə çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaranmasına xidmət edir. Elektron kitabxana oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub,bir xidmət növüdür.

Elektron kitabxana Heydər Əliyev Mərkəzinin II-ci mərtəbəsində yerləşir və oxucuların rahatlığını təmin etmək üçün zəruri avadanlıqların internetə çıxışı təmin olunmuşdur.Elektron kitabxanada müasir texnologiyalarla yanaşı oxucuların istəklərini nəzərə alaraq müxtəlif şair və yazıçıların kitabları yerləşdirilmişdir.

Belə ki,elektron kitabxanada Ağdaş rayonu MKS-nin 1 saylı Gənclər kitabxanası fəaliyyət göstərir və burada 3 işçi çalışır.Kitabxananın fondunda 2894 nüsxədən ibarət kitab vardır.Bu kitablardan 270 ədədi rus, 2624 ədədi latın qrafikalıdır.Gənclər kitabxanası statusunu daşıyan kitabxananın oxucu kontingentini əsasən 14-21 yaş həddində gənclər təşkil etməklə yanaşı, çoxsaylı istifadəçilərin arasında müəllimlər, tərbiyəçilər, müxtəlif sənət, peşə adamları, qulluqçular, təqaüdçülər də vardır. 2018-ci ildə kitabxana 800 oxucuya xidmət göstərmişdir.