Heydər Əliyev və Ağdaş

Ümummilli lider Heydər Əliyevin Ağdaşa səfərləri

  • Ağdaş rayonu Şəmsabad kəndi - 22 avqust 1972
  • Ağdaş rayonu Kükəl kəndi – 22 avqust 1972
  • Ağdaş rayonu Yuxarı Nemətabad – 22 avqust 1972
  • Ağdaş rayonu Qulbəndə kəndi – 22 avqust 1972
  • Ağdaş rayonu Kükəl kəndi – 29 sentyabr 1978
  • Ağdaş rayonu Yenicə kəndi – 29 sentyabr 1978
  • Ağdaş rayonu Yenicə kəndi – 6 iyun 1980
  • Ağdaş rayonu Şəmsabad kəndi - 6 iyun 1980
  • Ağdaş rayonu Qoşaqovaq kəndi – 6 iyun 1980
  • Ağdaş rayonu Maşad kəndi – 6 iyun 1980
  • Ağdaş rayonu Qaradeyin kəndi – 6 iyun 1980
  • Ağdaş rayonu Qaradeyin kəndi – 3 iyul 1981
  • Ağdaş rayonu Şəmsabad kəndi – 3 iyul 1981
  • Ağdaş rayonu Yuxarı Nemətabad - 3 iyul 1981
  • Ağdaş rayonu Qulbəndə kəndi - 3 iyul 1981

Azərbaycan KP MK-nın birinci katibi və müstəqil Azərbaycanın Respublikasının Prezidenti vəzifəsində çalışarkən ulu öndər Heydər Əliyev 5 dəfə (1972, 1978, 1980, 1981 və 1998-ci illər) Ağdaş rayonunda olmuş, əmək adamları ilə unudulmaz görüşlər keçirmiş, rayonun partiya-təsərrüfat fəallarının yığıncaqlarında iştirak etmiş, Ağdaşın qədim tarixi və müasir ənənələri barədə xoş sözlər söyləmişdir.

Rayona ilk gəlişi zamanı ulu öndər Heydər Əliyev 22 avqust 1972-ci ildə Şəmsabad, Kükəl, Yenicə, 29 sentyabr 1978-ci ildə Ərəbocağı, Kükəl, Yenicə, 06 iyun 1980-ci ildə Qoşaqovaq, Maşad, Qaradeyin, Şəmsabad, Yenicə, 03 iyul 1981-ci ildə Qaradeyin, Şəmsabad, Yuxarı Nemətabad kəndlərində kolxoz təsərrüfatlarına baş çəkmiş, pambıq məhsulunun becərilməsi işlərinə baxış keçirmiş, 1980-1981-ci illərdə rayona səfərləri çərçivəsində rayon Mədəniyyət evində pambıqçılıqla əlaqədar zona müşavirələri keçirmişdir.

Ulu öndərin dəstəyi ilə 1981-ci ildə pambıqçılıq sahəsində fərqlənən “Nizami”, “Özbəkistan” və digər kolxozların qabaqcıl gənc mexanizatorları və pambıqçılarının toy mərasimlərinin keçirilməsi təşkil edilmişdir.Ümummilli liderin Azərbaycanda hakimiyyəti illərində pambıq tədarükü 10 min tondan 35 min tona çatdırılmışdır.

Pambıqçılıqla əlaqədar keçirdiyi müşavirələrdə ulu öndər Heydər Əliyev çıxışında qeyd edərək demişdir: “Əgər Ağdaş rayonunda 15-16 min ton pambıq istehsal olunursa, bununla razılaşmaq lazımdır. Ancaq siz bu fikirlərin hamısını silib atdınız və sübut etdiniz ki bunların hamısı yalnış fikirlərdir və birinci növbədə Ağdaş rayon zəhmətkeşlərinə, onların iqtisadiyyatına, onların rifah halının yaxşılaşmasına zidd olan fikirlərdir. Bax, bu sizin rayonda olan böyük inqilabdı. Mən bunu sizin rayonda pambıqçılıq sahəsində böyük inqilab kimi qiymətləndirirəm və bu onu göstərir ki, bizim pambıqçılıq rayonlarının hamısında belə mümkünatlar var. Ağdaşın pambıq ustaları, “ağ qızıl” ustaları 40 min ton pambıq vermək uğrunda mübarizə aparırlar. Bu böyük şücaətdir və böyük qəhrəmanlıqdır”.

Xalqımızın ümummilli lideri Ağdaşa sonuncu səfəri zamanı 1998-ci ildə prezident seçkiləri ərəfəsində Bakı-Qazax magistral avtomobil yolunun Ləki kəndi ərazisində rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir.Həmin görüş zamanı ulu öndərin səsləndirdiyi aşağıdakı fikirlər ağdaşlıların xatirəsində daim xoş ovqat yaradır: “Ağdaşın qədim tarixi, qədim mədəniyyəti və qədirbilən insanları vardır”.