Ağdaş Heydər Əliyev Mərkəzi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar müsabiqə elan edir!

Ağdaş Heydər Əliyev Mərkəzi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar müsabiqə elan edir!
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Heydər Əliyev Mərkəzi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar bədii qiraət, musiqi, rəqs, rəsm və tətbiqi sənət nominasiyaları üzrə onlayn “İstedad sorağında” müsabiqəsini elan edir! Müsabiqədə 10 yaşdan–30 yaşadək uşaq və gənclər iştirak edə bilərlər. I-ci,II-ci III-cü yerləri qazanmış istedadlar Ağdaş Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları ilə təltif olunacaqdır. Müsabiqədə iştirak etmək istəyən şəxslər 2020 – ci ilin aprel ayın 20-dən may ayının 5-nə qədər yuxarıda qeyd edilən nominasiyalar üzrə bacarıqlarını Ağdaş Heydər Əliyev Mərkəzinin elektron poçt ünvanına,eləcədə Heydər Əliyev Mərkəzinin facebook səhifəsinə göndərərək qeydiyyatdan keçə bilərlər.  Elektron poçt ünvanı: agdash.h.aliyevcenter@gmail.com  Facebook səhifəsi: https://www.facebook.com/AgdasHeyderEliyev/