Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

Təcavüzkar Ermənistanın işğal siyasəti nəticəsində Ağdaş rayonu 185 şəhid vermişdir

Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Şuşa rayonu 1992-ci il mayın 8-də, Xocavənd rayonu isə 1992-ci il oktyabrın 2-də ermənisilahlı qüvvələri tərəfindən işğal edildi.Məhz bu dövrdə -1992-ci il fevralın 26-da XX əsrin ən faciəli hadisələrindən biri törədildi - Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə darmadağın edildi, 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi.

2016-cı ilin aprel ayında cəbhənin Füzuli rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən 1997-ci il təvəlllüdlü Ağdaş rayon Şəkili kənd sakini Cəbrayılov Ömər Məzahir oğlu şəhid olmuşdur.Cəbrayılov Ömər Məzahir oğluna ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.Şəhid 2016-cı ilin aprel ayının 5-də doğulub boya-başa çatdığı Şəkili kəndində torpağa tapşırılmışdır.