Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Ağdaş rayonu Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialları toplayan, qoruyan,elmi cəhətdən öyrənilməsini təşkil edən, habelə hərtərəfli inkişaf etdirilməsini təmin edən mədəniyyət, elmi-tədqiqat qurumu olan dövlət müssisəsidir

Heydər Əliyev Mərkəzinin inşasına 2012-ci ilin avqust ayında başlanmış,2014-cü ilin aprel ayında isə inşası sona çatmışdır.Heydər Əliyev Mərkəzinin açılışı 1 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən iştirakı ilə həyata keçirilmişdir.Ümumi sahəsi 5800m2 ( kvadratmetr) olan bina iki mərtəbədən ibarətdir.

Heydər Əliyev Mərkəzində 350 nəfərlik böyük zal, kiçik akt zalı, internet klub, kinozal, qeydiyyat şöbəsi, intektual oyunlar otağı, rəssamlıq və heykəltəraşlıq otağı, rəqs otağı, elektron kitabxana, kafe zal, xarici dillər kurs otağı, dizayn və kompüter otağı, xalq sənətkarlıq emalatxanası otağı(xalçaçılıq və toxuculuq) otaqları yerləşir və hər birində iş fəaliyyəti yüksək səviyyədədir.