Mərkəzin binası

Ağdaş rayonu Heydər Əliyev Mərkəzinin açılış tarixi və Mərkəzdə yerləşən otaqlar haqqında məlumat

  • Ümumi sahəsi -5800 m2 (kvadratmetr)
  • Mərkəzin uzunluğu-60m2 (kvadratmetr)
  • Mərkəzin Eni - 60m2 (kvadratmetr)
  • Mərkəzin 1-ci mərtəbəsinin sahəsi - 1080 m2 (kvadratmetr)
  • Mərkəzin 2-ci Mərtəbəsinin sahəsi - 1080 m2 (kvadratmetr)
  • Böyük Konfrans zalındakı oturacaqların sayı - 350 yerlik
  • 3D-Kinozal - 72 yerlik

I-ci mərtəbə Foye

Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında, ölkədə bütün sahələrin canlandırılmasında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün mühüm tədbirlər görülür. Dünya şöhrətli siyasi xadimin anadan olmasının 96-ci ildönümü münasibətilə hazırda vacib layihələr reallaşdırılır. Bu layihələr sırasında paytaxt Bakıda və bölgələrdə yaradılan Heydər Əliyev mərkəzlərinin dahi şəxsiyyətin siyasi irsinin öyrənilməsində mühüm rolu vardır.

Belə mərkəzlərdən biri də Ağdaş şəhərində tikilmişdir. Bu Mərkəzin yaradılması, ilk növbədə ağdaşlıların dünya şöhrətli siyasi xadimin xatirəsinə ehtiramını nümayiş etdirir. Bu, həm də ulu Öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır. Mərkəzdəki foto və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən yüksəliş mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır.

Girişdə Mərkəzin qonaqlarına inzibati binanın maketi təqdim olunur. I-ci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Dahi şəxsiyyətin müxtəlif dövrlərdə çəkilmiş fotoları 6 guşədə yerləşdirilmişdir. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən Ağdaşın inkişafına da xüsusi diqqət göstərməsi dolğun əksini tapmışdır. Ulu Öndərin rayondakı müxtəlif obyektlərin açılışında iştirak etməsi, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri ağdaşlıların xatirəsində dərin izlər buraxmışdır. Mərkəzdə xarici dil kursları, foto-video-audio studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və s. fəaliyyət göstərəcəkdir.

Prezident İlham Əliyevin müxtəlif illərdə Ağdaşa səfərlərini əks etdirən fotoguşənin də yaradıldığı Mərkəzdə rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan vardır. Mərkəzin böyük və kiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədi ilə açıq dərslərin keçirilməsi də nəzərdə tutulmuşdur. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri nümayiş etdirilir. Burada rəsm və heykəltəraşlıq studiyası, xalq sənətkarlığı emalatxanası, dizayn və kompüter kursları, elektron kitabxana otaqları yerləşir.

I-ci mərtəbə -Qonaq otağı

I-ci mərtəbə Qonaq otağı

I-ci mərtəbə 3D Kinozal

I-ci mərtəbə Rəqs otağı

I-ci mərtəbə Kafe zalı

I-ci mərtəbə Foto-Ekspozisiya guşəsi

II-ci mərtəbə Böyük Akt zalı

II-ci mərtəbə Qeydiyyat şöbəsi otağı

II-ci mərtəbə Elektron kitabxana otağı

II-ci mərtəbə İnternetklub otağı

II-ci mərtəbə Müdir otağı

II-ci mərtəbə Kiçik konfrans zalı

II-ci mərtəbə Xarici dil otağı

II-ci mərtəbə Rəsm və Heykəltəraşlıq otağı

II-ci mərtəbə Foe