Ağdam rayon Heydər Əliyev Mərkəzində “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib

Ağdam rayon Heydər Əliyev Mərkəzində “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib

18 oktyabr 2019-cu il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzində “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib. Tədbirdə YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Şirxan Baxşəliyev, 93 saylı tam orta məktəbin direktoru Samir Abdullayev, Ağdam Musiqi Kollecinin müəllimi Teymur Köçərli və başqaları çıxış edərək diqqətə çatdırdılar ki, Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Ermənistan rəhbərliyinin Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı təxribatçı bəyanatına sərt və tutarlı cavab idi. Prezident İlham Əliyev bu çıxışı ilə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha dünyaya bəyan etdi.