Ağdam rayon Heydər Əliyev Mərkəzində sahibkarlar üçün işgüzar forum keçirilib

Ağdam rayon Heydər Əliyev Mərkəzində sahibkarlar üçün işgüzar forum keçirilib

26 sentyabr 2019-cu il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzində sahibkarlar üçün işgüzar forum keçirildi.Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək, dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edib ki, sərhəd və cəbhə bölgəsində vətəndaşların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması, onlara dövlətin güzəştli kreditlərinin verilməsi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətində əsas prioritetlərdəndir.