16 Sentyabr 2021-ci iltarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi, Ağcabədi Regional Mədəniyyət idarəsi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqilliyinin 30-cu ilində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb

16 Sentyabr  2021-ci iltarixində Ağdam  rayon  Heydər  Əliyev  Mərkəzində AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk  Kültür,  Dil və Tarix Yüksək  Qurumu, Atatürk Araşdırma Mərkəzi, Ağcabədi Regional Mədəniyyət idarəsi  və Ağdam  rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Müstəqilliyinin  30-cu  ilində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb

16 Sentyabr 2021-ci iltarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi, Ağcabədi Regional Mədəniyyət idarəsi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqilliyinin 30-cu ilində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
Beynəlxalq Simpozium iştirakçıları, Ağdam rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuş və əziz xatirəsini ehtiramla yad etmişlər. Simpoziumda AMEA Tarix İnstitunun Baş Direktoru Kərim Şükürov, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Professor doktor Muhamməd Həkimoğlu və Atatürk Araşdırmaları Mərkəzinin rəhbərləri Professor doktor Yüksel Özgen Simpoziumda Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov,Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov, Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edib. Simpoziumu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor İsa Həbibbəyli açılış nitqi ilə açmışdır. Simpozumun birinci panelində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycanın müzəfər ordusunun iştirakı ilə 44 gün davam edən, Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsindən bəhs edilib. Tədbir zamanı Azərbaycan-Türkiyə qardaşlığı müzakirə olunub, tarix boyu olduğu kimi Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da qardaş ölkənin dəstəyini hiss etdiyi vurğulanib. Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin birgə imzaladığı "Şuşa bəyannaməsi"nin vacibliyi müzakirə edilmiş, Azərbaycan-Türkiyə qardaşlığının əbədi, dönməz olduğu vurğulanmışdır.Beynəlxalq Simpoziumun ikinci və üçüncü hissəsində Azərbaycan və Türkiyə tarixiçiləri çıxış ediblər. Tədbirin sonunda Ağdam Musiqi Kollecinin tələbələrinin iştirakı ilə, konsert proqramı təşkil edilmişdir.
Beynəlxalq Simpozium sentyabrın 16-da, işğaldan azad edilmiş Ağdam şəhərində işini davam etdirəcək. 3 gün davam edəcək simpoziumun sonunda iştirakçılarının azad edilmiş ərazilərə səfərləri nəzərdə tutulur.