Ağdamda şəhidlərin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub

Ağdamda şəhidlərin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub

Ağdam rayonunun Ayaq Qərvənd kəndində şəhid İsmayılov Elman İsmayıl oğlunun və Vəliyev Rauf Fəxrəddin oğlunun əziz xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.

Mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, RİHB-nın aparatının əməkdaşları, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidlərimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yollarından danışılıb. Çıxışlardan sonra Vətən müharibəsində iştirak etmiş bir neçə döyüşçüyə medal təqdim edilib. Daha sonra abidə kompleksinin önünə gül-çiçək dəstələri düzülərək şəhidlərin əziz xatirəsi yad edilmişdir. Tədbir məktəblilərin ədəbi-bədii kompazisiyası ilə yekunlaşıb.