Ağdam rayon Heydər Əliyev Mərkəzində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə bağlı tədbir keçirilib

Ağdam rayon Heydər Əliyev Mərkəzində  26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə bağlı tədbir keçirilib

Ağdamda 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə bağlı tədbir keçirilib

Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər-gül dəstələri düzərək, Onun əziz xatirəsini yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində tədbir davam etdirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhid ailələri, qazilər və bir qrup hərbiçi iştirak ediblər. Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycan silahlı qüvvələrinin yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən, son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən, ordumuzun qazandığı uğurlardan, o cümlədən 1994-cü il Horadiz əməliyyatı, 2016-cı ilin Aprel zəfəri, 2018-ci il Günnüt əməliyyatı və 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsindən bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.

Tədbirdə N saylı hərbi hissənin zabiti çıxış edərək Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıb. Bildirib ki, bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərə Ali Baş Komandan İlham Əliyev tərəfindən verilən medallar şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına təqdim olunmuşdur. Şəhid ailələri şəhidlərimizə və onlara göstərilən diqqət, qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısına öz dərin minnətdarlığını bildiriblər. Qeyd ediblər ki, onların övladları şəhid olsa da bununla qürur duyurlar. Çünki vətənimizin 30 il işğalda olan hissəsi onların qanları-canları bahasına düşmən tağdağından azad edilmişdir.

Sonda 44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə fərqlənmiş bir qrup şəxsə Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı verilmişdir.