Ağdam rayon Heydər Əliyev Mərkəzində Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Ağdam rayon Heydər Əliyev Mərkəzində  Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Ağdam rayonunda 23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər-gül dəstələri düzərək, Onun əziz xatirəsini yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində tədbir davam etdirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov, Aparatın əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri və əməkdaşları iştirak ediblər. Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş nitqi ilə açan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə dövlət qulluqçularını təbrik edərək onların hər birinə bu şərəfli yolda uğurlar arzulayıb. Çıxışında Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirib. Daha sonra 44 günlük Vətən müharibəsi zamanı dövlət qulluqçularının göstərdiyi fədakarlığı vurğulayıb. Mövzu ətrafında çıxış edənlər dövlətə, vətənə xidmət işində hər bir dövlət qulluqçusuna ən ideal örnəyin möhtərəm Prezidentimiz cənab İlham Əliyev olduğunu qeyd ediblər.

Tədbirin sonunda bir qrup dövlət qulluqçusu RİH başçısı tərəfindən fəxri fərmanla təltif edilib.