Yaxın mədəniyyət müəssisələri

Ağdam rayon Muğam Mərkəzi

Ağdam rayon Muğam Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Azərbaycan Respublikasının 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə 05 noyabr 2018-ci ildə istifadəyə verilmişdir.

Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək.

Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb.

Ağdam rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağdamda ilk kitabxana 1907-ci ildə görkəmli yazıçımız Ə.Haqverdiyev tərəfindən şəxsi adamlardan toplanmış kitablar hesabına təşkil edilmişdir.1920-ci ilə qədər kitabxana qapalı fəaliyyət göstərmişdir.1920-ci ildən sonra kitabxana-qiraətxana xalqın istifadəsinə verilmişdir.1930-cu ildən sonra Ağdam rayon kitabxanası kimi fəaliyyət göstərmiş, 1979-cu ildən isə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi təşkil olunmuşdur.Təşkil olunduğu ilk gündən oxucuların mütaliə mədəniyyətinin formalaşmasında,elmi dünyagörüşünün inkişaf etdirilməsində, gənclərin asudə vaxtının səmərəli təşkil edilməsində mühüm rol oynamışdır.

Mənfur qonşularımız tərəfindən rayonumuz işğala məruz qalmamışdan əvvəl 1 Mərkəzi, 2 şəhər kitabxana filialı, 2 uşaq kitabxanası, 1 gənclər kitabxanası,101 kənd kitabxana filialı fəaliyyət göstərirdi.1992-ci ilin hesabatına görə həmin dövrdə fondda olan 690996 nüsxə kitab, 160000 qəzet,120000 jurnal bütövlükdə 970996 nüsxə çap məhsulu ilə 72130 nəfər oxucuya xidmət göstərilmişdir. İşğal zamanı 107 kitabxana filialından 67-si tamamilə məhv edilmiş, qalan 40 kitabxana filiallarının isə fondlarında olan kitablar, bina və avadanlıqlar yararsız hala düşmüşdür.

Rayon MKS-i uzun müddət Bakı şəhərində fəaliyyət göstərmişdir.2010-cu ilin dekabr ayından isə MKS-i Ağdam rayonunun Yeni Quzanlı qəsəbəsində fəaliyyətini davam etdirir.

Hazırda Ağdam rayon MKS-i özündə 1 Mərkəzi, 1 Şəhər, 1 Gənclər vı 48 kənd kitabxana filialını birləşdirir.

Kitabxanaların fondunda 129628 nüsxə kitab vardır. Kitabxanalardan 31097 nəfər oxucu istifadə etmişdir. Həmin oxuculara 329768 nüsxə çap məhsulu verilmişdir.

Ağdam "Çay evi"

Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Mədəniyyət müəssisələrindən biri də "Çay evi" dir. Qeyd edək ki, hələ Ağdam rayonu erməniler tərəfindən işğal olunmamışdan illər öncə, daha dəqiqi desək, 1986-cı ildə belə bir “Çay evi” Ağdamda olub. Ancaq məlum səbəblərdən artıq necə illər idi ki,Ağdamlılar o nadir memarlıq nümunəsi olan “Çay Evi”nin xidmətlərindən yararlana bilmirdi.Nəhayət ki,2015-ci il mayın 10-da Ağdam rayonu Quzanlı qəsəbəsində məşhur "Çay evi" nin bənzəri tikilərək ağdamlıların istifadəsinə verildi.