Heydər Əliyev Mərkəzinin əməkdaşlarının rayon məktəblərində təşkil etdiyi mühazirələr davam edir

Heydər Əliyev Mərkəzinin əməkdaşlarının rayon məktəblərində təşkil etdiyi mühazirələr davam edir

28 Fevral 2020-ci il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbinin şagirdləri ilə "Heydər Əliyev və Azərbaycan" mövzusunda açıq dərs təşkil etdilər. Açıq dərsdə Ağdam rayon Heydər Əliyev Mərkəzinin Fond Mühafizi Cəfərov Elçin Vəliş oğlu və Mərkəzin Elmi işçisi İbrahimov Yunis Kamal oğlu, şagirdlərə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin sosial-iqtisadi və mədəni həyatının inkişaf etməsi haqqında ətraflı məlumat verdilər.