Heydər Əliyev Mərkəzinin əməkdaşlarının rayon məktəblərində təşkil etdiyi mühazirələr davam edir.

Heydər Əliyev Mərkəzinin əməkdaşlarının rayon məktəblərində təşkil etdiyi mühazirələr davam edir.

27 Fevral 2020-ci il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Ağdam rayon Zəngişalı kənd tam orta məktəbin VIII-IX-XI sinif şagirdləri ilə "Heydər Əliyev Müasir Azərbaycanın Memarı və Qurucusudur" mövzusunda açıq dərs təşkil etdilər.

Açıq dərsdə Ağdam rayon Heydər Əliyev Mərkəzinin Fond Mühafizi Cəfərov Elçin Vəliş oğlu və Mərkəzin Elmi işçisi İbrahimov Yunis Kamal oğlu, şagirdlərə Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu,həmçinin artıq 28-ci ildönümü tamam olan Xocalı və Qaradağlı soyqırımlarının dünyada tanıdılması yolunda Ulu Öndərin apardığı mübarizə haqqında ətraflı məlumat verdilər.