25 Fevral 2020-ci il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzinin təşkilatçıığı ilə Xocalı faciəsinin 28-ci ildönümü münasibəti ilə anım tədbiri keçirildi

25 Fevral 2020-ci il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzinin təşkilatçıığı ilə Xocalı faciəsinin  28-ci ildönümü münasibəti ilə anım tədbiri keçirildi

25 Fevral 2020-ci il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzinin təşkilatçıığı ilə Xocalı faciəsinin 28-ci ildönümü münasibəti ilə anım tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Elçin Cəfərov bildirdi ki, tarix boyu Azərbaycan xalqına qarşı soyqrımlar törədən ermənilər, 26 fevral günü də, öz çirkin niyətlərindən əl çəkməyərək Xocalı faciəsini törətdilər.

Sonra, Xocalı faciəsinin canlı şahidi, II qrup Qarabağ əlili Cabbarov Oruc çıxış edərək Xocalı faciəsində olan o vəhşilikdən danışdı.

Daha sonra Mərkəzin əməkdaşı İbrahimov Yunis və Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Manafov Şamil çıxış edərək Xocalı faciəsinin baş vermə tarixi və bu faciənin dünyada soyqırım kimi tanıdılması üçün dövlətimizin apardığı təbliğat haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər.

Sonra Ağdam rayon Hafiz Kamal oğlu Əsgərov adına Quzanlı qəsəbə tam orta məktəbin şagirdləri Cəfərova Mələk, Abdullayeva Rəfiqə, Qasımova Fərqanə, Nəcəfli Gülay və Əliyev Seyhun Xocalı faciəsi haqqında şeirlər söylədilər.