Ağdam rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

Ağdam rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 30-cu ildönümünə  həsr olunmuş anım tədbiri keçirildi

17 Yanvar 2020-ci il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam rayon 92 saylı köçkün tam orta məktəbin iştirakı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin Fond Mühafizi Elçin Cəfərov bildirdi ki, tarixi boyu Azərbaycan xalqına qarşı işğalçı siyasət və soyqırımlar törədiblər. O soyqırımlardan biri də, məhz 20 yanvar faciəsidir.

20 Yanvar faciəsi nə qədər acı olsa da, hər bir Azərbaycanlının qəhrəmanlıq simvoludur. Ona görə ki, qəhrəman oğul və qızlarımız 20 yanvar gecəsi əli silahsız tankın və zirehli texnikaların qabağına gedərək müstəqilliyimiz yolunda şəhid oldular.

Və bildirdi ki, 20 yanvar faciəsində Azərbaycan xalqının dahi lideri, Ulu Öndər Heydər Əliyev, Moskvadakı Azərbaycan Nümayəndəliyinə gedərək, 20 yanvar faciəsini törədən SSRİ rəhbərliyinə öz etirazını bildirmiş və pisləmişdir.

Daha sonra, Ağdam rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi İbrahimov Yunis bildirdi ki,20 yanvar faciəsinə ən çox əhəmiyyət verən və bu işin səbəbkarlarının cəzalandırılmasını tələb edən şəxslərdən birincisi Ulu Öndər Heydər Əliyevdir.O, 1991-ci il mart ayının 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edərkən bu fikri səsləndirmişdi: "1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür."

Artıq üstündən 30 il ötməsinə baxmayaraq, bu günü unutmamışıq və 20 yanvar şəhidlərin əziz xatirəsini daim ürəyimizdə yaşadır, onları özümüzə əsl vətənpərvər kimi nümunə götürürk.