Ağdam rayon Heydər Əliyev Mərkəzində “9 noyabr Dövlət Bayrağı Günü”nə həsr edilmiş dəyirmi masa təşkil olundu

Ağdam rayon Heydər Əliyev Mərkəzində “9 noyabr Dövlət Bayrağı Günü”nə həsr edilmiş dəyirmi masa təşkil olundu

08 noyabr 2019-cu ildə Ağdam rayon Heydər Əliyev Mərkəzində “9 noyabr Dövlət Bayrağı Günü”nə həsr edilmiş dəyirmi masa təşkil olundu.Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Ziya Hümbətov, Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov,mərkəzin əməkdaşları,135 №-li köçkün tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdi.Rayon icra hakimiyyətinin nümayəndəsi Ziya Hümbətov, mərkəzin direktoru Namiq Həsənov, tarix müəllimləri Elçin Cəfərov və Aynurə Səlimova çıxış edərək, Dövlət bayrağının qəbul edilməsindən, bu günün mahiyyətindən geniş söhbət açaraq iştirakçılara ətraflı məlumat verdilər.